www.nice.az > Xəbərlər > Günün tarixi [18.o3.11]

Günün tarixi [18.o3.11]


18 mart 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [18.o3.11]

18 mart. İlin sonuna 288 gün qalır.

1584-cü il - Rus çarı İvan Qroznı vəfat edib

1776-cı il - Corc Vaşinqtonun ordusu Bostonu tutub

1858-ci il - Alman mühəndis Rudolf Dizel anadan olub

1869-cu il - İngilis siyasi xadimi Nevil Çemberlen anadan olub

1871-ci il - Paris Kommunası bərqərar olub

1891-ci il - Paris və London arasında telefon əlaqəsi qurulub

1901-ci il - Rus İmperiyasının Nazirlər Komitəsi Rusiyadan Mil və Muğan düzlərinə 40 min nəfər kəndli köçürmək haqqında qərar verib

1915-ci il - Çanaqqala savaşında ağır itki verən müttəfiq qoşunları geri çəkilməyə başlayıb

1921-ci il - SSRİ və Polşa arasında Riqa sülhü bağlanıb

1923-cü il - Azərbaycan XKS və MİK “Azərbaycan SSR əhalisi arasında savadsızlığın ləğvi haqqında” qərar verib

1931-ci il - SSRİ XKS “SSRİ-nin neft rayonlarının elektrik enerjisi ilə təchiz edilməsi haqqında” qərar verib

1931-ci il - “Schick” firması elektrik üzqırxanı satışa çıxarıb

1940-cı il - Mussolini və Hitler arasında görüş keçirilib

1946-cı il - SSRİ-də 1946-50-ci illəri əhatə edən beşillik plan qəbul edilib

1965-ci il - Filippinin paytaxtı Manilada diskotekada yanğın nəticəsində 150 yeniyetmə həlak olub

1980-ci il - ABŞ SSRİ-yə müasir texnoloji vasitələr satmağı qadağan edib

1989-cu il - Gürcü-abxaz münaqişəsi başlayıb

1994-cü il - Ermənilər Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarəni vurub, 34 diplomat və ailə üzvləri həlak olub.