www.nice.az > Xəbərlər > Azerbaycan - Almaniya

Azerbaycan - Almaniya


12 avqust 2009. Müəllif: braTIK
Azerbaycan - Almaniya

Avropanın ən titullu milli komandası ilə ilk dəfə üz-üzə...


Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək. Almaniyalı mütəxəssis Berti Foqtsun yetirmələri 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində 6-cı görüşə çıxacaqlar. Yarışda hələ də qol vura bilməyən yığmamız tarixində ilk dəfə Almaniya ilə görüşəcək.

Qrup qalibi olmaq uğrunda mübarizə aparan və hazırda turnir cədvəlinin zirvəsində almanlarla görüş Foqts üçün xüsusi önəm kəsb edəcək. Çünki o, Almaniya yığmasının heyətində futbolçu kimi dünya və Avropa, baş məşqçi qismində isə qitə çempionu adını qazanıb.

Qeyd edək ki, Almaniya milli komandası 3 dəfə (1954-cü, 1974-cü, 1990-ci illərdə) dünya və 3 dəfə (1972-ci, 1980-ci, 1996-cı illərdə) Avropa çempionu olub. Bu göstəriciyə əsasən, Bundestim Avropanın ən titullu yığması sayılır.

2010-cu il dünya çempionatının seçmə mərhələsi
Avropa zonasının 4-cü seçmə qrupu


Azərbaycan - Almaniya

Baş hakim
Alen Kelli

Hakim köməkçiləri: Mark Duqlas, Damyen Makqrat, Yan Stoks (İrlandiya)

Hakim-inspektor: Lusiano Luçi (İtaliya)

12 avqust. Saat 21:00. Bakı. Tofiq Bəhramov adına stadionu

Sizcə Kim Qalib Gələcək?