www.nice.az > Xəbərlər > Günün tarixi [15.o3.11]

Günün tarixi [15.o3.11]


15 mart 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [15.o3.11]

15 mart. İlin sonuna 291 gün qalır.

Eradan əvvəl 44-cü il - Yuli Sezar qətlə yetirilib

1878-ci il - Maarif xadimi Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə anadan olub

1897-ci il - Aktyor Ağasadıq Gəraybəyli anadan olub

1906-cı il - “Rollce Roys” firması rəsmi qeydiyyata alınıb

1923-cü il - Azərbaycan Kommunist (bolşevik) partiyasının 12 martda başlayan V qurultayı başa çatıb

1927-ci il - SSRİ Elmlər Akademiyası “Qadınları öyrənən muzey” təsis edib

1930-cu il - Sovet İttifaqı Kommunist Partiyası “İqtisadi cəhətdən geri qalan rayonlarda kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında” qərar verib

1935-ci il - Sənaye və kənd təsərrüfatındakı nailiyyətlərə görə Azərbaycan SSR Lenin ordeni ilə təltif edilib

1938-ci il - Səudiyyə Ərəbistanında ilk dəfə neft tapılıb

1939-cu il - Faşist qoşunları Çexoslovakiyanı işğal edib

1941-ci il - Üzeyir Hacıbəyovun “Koroğlu” operası və Səməd Vurğunun “Vaqif” pyesi dövlət mükafatına layiq görülüb

1946-cı il - SSRİ Xalq Komissarları Soveti Nazirlər Sovetinə çevrilib

1990-cı il - SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov and içib

1990-cı il - SSRİ və Vatikan arasında diplomatik münasibətlər qurulub

1994-cü il - Belarusda yeni Konstitusiya qəbul edilib

1995-ci il - AŞPA-nın Daimi Komitəsi “Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair” 1059 saylı qətnamə qəbul edib

2007-ci il - Azərbaycanla Tacikistan arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə imzalanıb.