www.nice.az > Xəbərlər > Günün tarixi [13.o3.11]

Günün tarixi [13.o3.11]


13 mart 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [13.o3.11]

13 mart. İlin sonuna 293 gün qalır.

1656-cı il - Nyu-Yorkda sinaqoq tikmək qadağan edilib

1781-ci il - İngilis astronom Vilyam Herşel Günəş sisteminin yeddinci planeti olan Uranı kəşf edib

1845-ci il - Rus dilçisi Boduen de Kurtene anadan olub

1888-ci il - Ukraynalı pedaqoq Anton Makarenko anadan olub

1921-ci il - Monqolustan müstəqilliyini elan edib

1927-ci il - Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu anadan olub. Azərbaycanda onu məşhurlaşdıran “Mixaylo” obrazı olub

1938-ci il - Rus dili SSRİ-nin bütün orta və ali məktəblərinin tədris planına daxil edilib

1938-ci il - Avstriya Almaniya ilə birləşib (Anşlüs)

1942-ci il - Məşhur maarifçi Axund Mirzə Mehdi Sarıcalinski vəfat edib

1944-cü il - Həzi Aslanova tank qoşunları general mayoru rütbəsi verilib

1948-ci il - “Honda Motor Company” təsis edilib

1950-ci il - İngiltərənin Silverstoun bölgəsində dünyada ilk “Formula 1” yarışı keçirilib

1951-ci il - MSK-nın sədri Məzahir Pənahov anadan olub

1954-cü il - Keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) müstəqil qurum kimi fəaliyyətə başlayıb

1979-cu il - “Avropa Valyuta Sistemi” qüvvəyə minib

1988-ci il - Yaponiyada dünyanın ən uzun tuneli istifadəyə verilib. 53 kilometrlik tunelin 22 kilometri dənizin altında yerləşir

1994-cü il - Aktyor Həsən Əbluc vəfat edib