www.nice.az > Xəbərlər > Günün tarixi [14.o3.11]

Günün tarixi [14.o3.11]


14 mart 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [14.o3.11]

14 mart. İlin sonuna 292 gün qalır.

1742-ci il - Ağaməhəmməd şah Qacar anadan olub

1879-cu il - Görkəmli fizik Albert Eynşteyn anadan olub

1883-cü il - Alman filosof Karl Marks vəfat edib

1905-ci il - “Çelsi” futbol klubunun əsası qoyulub

1917-ci il - Rusiyada müvəqqəti hökumət qurulub

1924-cü il - Azərbaycan SSR Xalq Maarif Komissarlığı “Qədim abidələrin qeydə alınması və onların mühafizəsi” haqqında qərar qəbul edib

1924-cü il - Azərbaycan Kommunist (bolşevik) partiyasının IX qurultayı başa çatıb

1937-ci il - Azərbaycan IX Fövqəladə sovetlər qurultayında Azərbaycan SSR-in yeni konstitusiyası qəbul edilib

1938-ci il - Azərbaycan aşıqlarının II qurultayı başa çatıb

1974-cü il - İlk azərbaycanlı inşaat dəstəsi Baykal-Amur magistralının (BAM) tikintisinə yola salınıb

1984-cü il - Ərəb Liqası İranın İraq şəhərlərinə hücumunu pisləyib

1993-cü il - Andorranın ilk konstitusiyası qəbul edilib

1996-cı il - Azərbaycan Respublikası Seneqal ilə diplomatik əlaqələr qurub

2004-cü il - Vladimir Putin ikinci dəfə Rusiyanın prezidenti seçilib

2006-cı il - Azərbaycan Respublikası və Rumıniya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb

2008-ci il - Rövnəq Abdullayev AFFA-nın prezidenti seçilib.