www.nice.az > Xəbərlər > 5-i 1-də [11.o3.11]
5-i 1-də [11.o3.11]11 mart 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 11 mart, cümə, VIII Ay günü Günəş - Balıqlarda Ay - Əkizlərdə Merkuri - Qoçda Venera - Dolçada Mars - Balıqlarda Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Günün Aforizmi "Gözəl üslub ürəkdən doğur" "Denis Didro" Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart ![]() - Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız tükənib. İstifadə edə bilmədiyiniz şanslara görə narahatlığa dəyməz. Sevgi münasibətlərinizdən başqa bu gün ürəklaçan heç nə yoxdur. Buğa - (21 Aprel ![]() - İşləriniz alınacaq. Özünüzü rahat və gümrah hiss edəcəksiniz. Xeyirxahlıq etdklərınızdən əziyyətlər görəcəksiniz. Siz dəyişməz olaraq qalsanız, sevgi münasibətlərinizdə yaxın gələcəkdə xeyirinizə irəliləyiş mümkündür. Əkizlər - (21 May ![]() - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Maneə olan tərəflər maliyyə məsələlərində sizin ən asan problemlərinizi çətinə sala bilir. Son anda qələbə yenə də sizindir. Mübahisələrinizdə kəskin sözlərdən çəkinin. Xərçəng - (21 İyun ![]() - Özünüzü zəif hiss edəcəksiniz. Maliyyə problemlərinizin həlli sizin üçün çətinlik yaratmayacaq. İnsanlarla münasibətdə səmimiliyə üstünlük verin. Bununla belə, sevgi münasibətləriniz problemli olaraq qalır. Şir - (22 İyul ![]() - Çətin gündür. Ən asan məsələləri belə, həll etməyə hövsələniz çatmır. Unutmayın ki, gərgin əhval-ruhiyyədə olmaq həm səhhətinizə, həm də hörmətinizə xələl gətirər. Qız - (24 Avqust ![]() - İşləriniz alınacaq. Səhvlərinizin nəticələrinin müəyyən qismi aradan qaldırmağa nail olacaqsınız. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində hələ ki, işlər qaydasına düşmür. Tərəzi - (24 Sentyabr ![]() - Çətin gündür. Əlinizi hara atırsınızsa, boşa çıxır. Əsəbiləşməyin və gücünüzü boş yerə israf etməyin. Maddi sahədə uğurlarınız olmayacaq. Sadiq dostlarinızin sayəsində azacıq uğur qazanırsız. Əqrəb - (24 Oktyabr ![]() - Səhhıtinizi qoruyun. Bu gün sizin üçün maddi məsələləri həll etmək yönümündə rahat keçəcək. Bir sıra məsələlərin həlli gözləmədiyiniz halda demək olar ki, öz-özünə baş verəcək. Oxatan - (23 Noyabr ![]() - Özünüzü güclü hiss edəcəksiniz. Çətinliklərlə keçən bu gündə soyuqqanlı ovqatınızı qoruyub saxlamağı bacarın. Bu çox çətindir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq cəhdləriniz uğursuzdur. Oğlaq - (22 Dekabr ![]() - İşləriniz alınacaq. Maddi məsələlərin həllini bir göz qırpımında bacaracaqsınız. Ünsiyyətlərinizin genişlənməsinə və dərinləşməsinə diqqətinizi artırın. Dolça - (21 Yanvar ![]() - Özünüzü gümrah hiss edəcəksiniz. O qədər də asan keçməyən bu gündə həlli rahat olan bir sıra məsələləri yoluna qoyacaqsınız. Bununla belə, biznes sahəsində uğurlarınız olmayacaq. Balıqlar - (20 Fevral ![]() - Səhhətinizə qarşı diqqətli olmalısınız. Gücünüz çox azdur. Ondan düzgün istifadə etsəniz həm maliyyə, həm də sevgi sahəsində uğurlarınız çoxalar. Günün Təamı ![]() Badımcan borucuqları Badimcan borucuqlarını yəgin ki, çoxunuz tanıyırsınız. Buna rulet də demək olar. Hazırmanması heç də çətin olmayan bu qəlyanaltı eyni zamanda çox ləzzətlidir. Sizcə? 4 porsiya üçün Ərzaqlar 2 iri badımcan 8 xörək qaşığı bitki yağı 2 xörək qaşığı mayonez 4 diş əzilmış sarımsaq в½ stəkan xırda doğranmış qoz 1 в½ stəkan xırda doğranmış cəfəri və ya keşniş ![]() Hazırlanma qaydası 1. Badımcanları qabıqlarını soymadan в½ santimetr qalınlığında uzunsov dilimlərə kəsın. Asağıdakı 1 üsuldan birini istifadə edərək bacımcanların acısını çıxardın. A) Badımcanı bir qaba yığın və üzərinə təxminən 2 xörək qaşığı duz səpin. Üzərınə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun, yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın. B) Badımcan dilimlərini su doldurulmuş dərin bir qaba və ya ləyənə qoyun, üzərınə ağırlıq (qapaq və ya qab) qoyun. 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın. ![]() 2. Tavada yağı qızdırın. Badımcan dilimlərinin hər iki tərəfini təxminən 5 dəqiqə ərzində qızardın. Tavadakı yağ azaldısa, bir qədər yağ əlavə edin. Badımcanları tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb təxminən 5 dəqəqə müddətində yağını süzdürün. VARİASİYA: Badımcan dilimlərini sobada da qızartmaq olar. Bunun üçün folqa kağızını azca zeytun yağıyla yağlayın. Dilimləri folqanın üstünə düzün və üzərlərinə azca zeytun yağı sürtün. 230C-lik sobada təxminən 20-25 dəqiqə və ya üstü qızaranadək bişirin. Bu müddət ərzində dilimləri digər tərəfinə çevirin ki, hər iki tərəf eyni qızarsın. ![]() 3. Dilimlər bir az soyuduqdan sonra, hər birinin uzərinə (bir tərəfinə) təxminən 1 çay qaşığı mayonez sürün, bunun da üzərinə əzilmiş sarımsaq, qoz və bol-bol göyəri sərpişdirin. Dilimləri rulet şəlkində qatlayın. Nuş olsun! Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. NiCe.aZ əyləncə portalının AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. Bakıda gecə 1в°-3в°, gündüz 5в°-7в° dərəcə isti olacaq. |