www.nice.az > Xəbərlər > Bakıda görünməmiş əxlaqsızlıq

Bakıda görünməmiş əxlaqsızlıq


10 mart 2011. Müəllif: hebibi_p
Bakıda görünməmiş əxlaqsızlıq

Martın 3-də Bakıda zorlama hadisəsi baş verib. Paytaxt sakini, 2002-ci ildə anadan olmuş B.B. səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Valideynləri bu barədə günorta saatlarında polisə məlumat veriblər.

Elə həmin gün saat 20:00 radələrində B.B. metronun “Neftçilər” metrosu yaxınlığında tanımadığı bir nəfərə rast gəlib. Həmin şəxs isə Balaxanı qəsəbə sakini Hüseynov Babacan Əmirağa oğlu olub. B.Hüseynov 9 yaşı hələ tamam olmamış oğlanın kimsəsiz olduğunu öyrəndikdən sonra onu dilə tutub və Balaxanı qəsəbəsində yaşadığı mənzilə gətirib.

Burada isə B.Hüseynov B.B.-ya cinsi təcavüz edib. Çox keçmədən uşaq B.Hüseynovun evindən qaçıb və başına gələnlərlə bağlı qonşuya məlumat verib. Dərhal məsələ ilə bağlı müvafiq qurumlara və uşağın yaxınlarına məlumat verilib.

Artıq B.Hüseynov tutulub. Araşdırma aparılır.