www.nice.az > Xəbərlər > 5-i 1-də [o9.o3.11]
5-i 1-də [o9.o3.11]9 mart 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 9 mart, çərşənbə, VI Ay günü Günəş - Balıqlarda Ay - Buğada Merkuri - Balıqlarda Venera - Dolçada Mars - Balıqlarda Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Günün Aforizmi "Həqiqətin qarşısını heç bir sədd kəsə bilməz" "Anri Barbüs" Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart 20 Aprel)- Əsəblərinizi gərməklə özünüzü gücə salmayın. İşlərinizdəki uğurlarınızı artırmaq üçün gücünüzə ınamla çalışın. Qarşıya qoyduğunuz biznes planlarını uğurla həll edəcəksiz. Səhhətinizə qarşı diqqətli olun. Buğa - (21 Aprel 20 May)- Səhhətiniz sizin üçün problem yaratmayacaq. Maliyyə planlarını həyata keçirərkən xeyli çətinliklərlə üzləşəcəksiniz. Ünsiyyətlərinizdə səmimilik və fədakarlıq xoş ovqat yaradır. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Əkizlər - (21 May 20 İyun)- Səhhətiniz sizdən diqqətli olmağı tələb edir. Özünüzü gərgin və yorğun hiss edəcəksiniz. Xoş münasibət bəslədiyiniz adamların köməyinə ehtiyacınız olacaq. Biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda əməli nəticə yoxdur. Xərçəng - (21 İyun 21 iyul)- Hələ ki, biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda nəzərə çarpacaq əməli nəticə yoxdur. Ünsiyyətlərinizdəki mehribanlıq və güzəştlər sizin fədakarlığınızla meydana çıxır. Şir - (22 İyul 23 Avqust)- Maliyyə işlərinizdə irəliləyişlərdən məmnun qalacaqsınız. Səhhətinizlə bağlı həlli vacib məsələlərə diqqət ayırmalısınız. Sevgi münasıbətləriniz qarışılıqlı ittihamlarla doludur. Qız - (24 Avqust 23 Sentyabr)- Ünsiyyətlərinizdən məmnun qalacaqsız. Sizə qarşı rəğbəti olan adamların problemlərinizlə maraqlanması və onların həllı yönündə çalışması güvəncinizi artıracaq. Səhhətinizdən narazılığınız olmayacaq. Tərəzi - (24 Sentyabr 23 Oktyabr)- Həkim məsləhətinə qulaq asmaq vacibdir. Tez yorulursunuz. Gücünüzdən səmərəli istifadə etməklə uğurlarınızı çoxalda bilərsiniz. Biznes planlarını həyata keçirmək sizin üçün çətinlik yaradacaq. Əqrəb - (24 Oktyabr 22 Noyabr)- Maliyyə işləriniz bu günlər demək olar ki, heç alınmır. Yorulmadan çalışmalarınıza baxmayaraq, əldə etdikləriniz çox azdır. Bu gün özünüzü gümrah hiss edəcəksiniz. Səhhətinizdən şiklayətiniz olmayacaq. Oxatan - (23 Noyabr 21 Dekabr)- Maliyyə durumunuzu artırmaq cəhdlərində geriləməsəniz, işləriniz qənaətbəxş alınacaq. Səhhətinizin tələblərinə riayət etməlisiniz. Ünsiyyətlərinizdəki natarazlıqdan əziyyət çəkəcəksiniz. Oğlaq - (22 Dekabr 20 Yanvar)- Səhhətinizlə bağlı ciddi şikayətləriniz olmayacaq. Şəxsi münasibətlərinizdə yaranmış qarışılıqlı güzəştlərdən məmnun qalacaqsınız. Maddi məsələləri yoluna qoymaq cəhdləriniz isə əhəmiyyətli nəticə verməyəcək. Dolça - (21 Yanvar 19 Fevral)- Əsəbi əhval-ruhiyyəniz dəxili sıxıntılarınızı artıracaq. Özünüzü zəif hiss edəcəksiniz. İndi maddi imkanlarınızı artırmaq yönündəki çalışmalarınızda böyük uğurlarınız var. Balıqlar - (20 Fevral 20 Mart)- Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Ünsiyyətləriniz mehribanliq və səmimilik müstəvisindədir. Maliyyə yönündə çalışmalarınız o qədər də yaxşı alınmır. Günün Təamı ![]() Mürəbbəli sadə keks Tərkibi Un- 1stəkan Şəkər tozu- 1 stəkan Yumurta ∓ 2 ədəd Çay dəmi ∓ 0,5 stəkan Çay sodası- 0,5 çay qaşığı 3 stol qaşığı mürəbbə (istənilən mürəbbədən olar, daha yaxşı isə qara qarağatdan və üzümdən alınır) Hazırlanma qaydası Yumurta ilə şəkər tozunu qarışdırırıq. Üzərinə mürəbbə əlavə edirik. Sonra soyumuş dəm çayını tökürük. Çay sodası, un əlavə edib qarışdırırıq, xəmir halına salırıq. Hazır xəmiri yağlanmış keks formalarına yerləşdirib sobanın nimçəsinə düzürük. Və ya xəmiri yağlanmış soba nimsəçinə də yaymaq olar. Keksləri sobada qızaran qədər bişiririk. Hazır kekslərin üzərinə ya mürəbbə, ya qatılaşdırılmıq süd çəkir, ya da şəkər pudrası və ya üyüdülmüş qoz ləpəsi səpirik. Nuş olsun! Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. NiCe.aZ əyləncə portalının AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaqdır. Temperatur gecə 1в°-3в°, gündüz 4в°-7в° dərəcə isti olacaq. Bakıda gecə 1в°-3в°, gündüz 4в°-6в° dərəcə isti təşkil edəcək. |