www.nice.az > Xəbərlər > Günün tarixi [o9.o3.11]

Günün tarixi [o9.o3.11]


9 mart 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o9.o3.11]

9 mart. İlin sonuna 297 gün qalır.

1459-cu il - İtalyan səyyah Vespuççi Ameriqo anadan olub

1814-cü il - Ukrayna şairi Taras Şevçenko anadan olub. 30 iyun 2008-ci ildə şairin Bakıdakı heykəli Azərbaycan və Ukrayna prezidentlərinin iştirakı ilə açılıb

1858-ci il - ABŞ-da poçt qutuları patentləşdirilib

1890-cı il - Sovet siyasi xadimi Vyaçeslav Molotov anadan olub

1917-ci il - Müvəqqəti Hökumətin qərarı ilə Qafqaz canişinliyi ləğv edilib, və xüsusi Zaqafqaziya komitəsi təşkil edilib.

1918-ci il - Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürülüb

1929-cu il - Diktor, Azərbaycan xalq artisti Gültəkin Cabbarlı anadan olub

1934-cü il - Sovet kosmonavtı Yuri Qaqarin anadan olub

1947. Kamançaçı Şəfiqə Eyvazova anadan olub

1953-cü il - 5 martda vəfat edən sovet lideri Stalin dəfn edilib. Dəfn mərasimində basabas nəticəsində, “Böyük rəhbər”lə vidalaşmağa gələn yüzlərlə sovet vətəndaşı həlak olub

1956-cı il - Sovet ordusu Tiflisdə dinc nümayişçilərə atəş açıb

1959-cu il - Nyu-Yorkda “Barbi” adlı yeni kukla təqdim edilib

1990-cı il - Berlində hər iki Almaniyanın birləşməsinə dair danışıqlar başlayıb

1995-ci il - İsrail və Azərbaycan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

2006-cı il - Azərbaycanla Almaniya arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş imzalanıb

2007-ci il - Uydurma “erməni soyqırımı” haqqında qanuna qarşı çıxan Türk İşçi Partiyasının rəhbəri Doğu Perincək haqqında İsveçrənin Lozan şəhər məhkəməsi həbs qərarı verib. Sonradan bu qərar cərimə ilə əvəzlənib.