www.nice.az > Xəbərlər > Günün tarixi [o8.o3.11]

Günün tarixi [o8.o3.11]


8 mart 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o8.o3.11]

8 mart. İlin sonuna 298 gün qalır.

1618-ci il - Alman astronom İohan Kepler planetlərin hərəkətinin üçüncü qanununu kəşf edib

1910-cu il - 8 mart tarixi beynəlxalq qadınlar günü elan edilib. Keçmiş SSRİ-də bu tarix 1966-cı ildən etibarən qeyri iş günü sayılıb

1910-cu il - İspan kralı qadınlara təhsil hüququ verib

1911-ci il - ABŞ polisi ilk dəfə cinayətdə təqsirli bilinənlərin müəyyən edilməsində barmaq izlərindən istifadə edib

1917-ci il - Nyu-York qadınları kişilərlə bərabər hüquq əldə etmək üçün nümayiş keçirib

1920-ci il - Faysal Suriyanın kralı olub

1921-ci il - Rusiya Kommunist partiyasının X qurultayı başlayıb. Qurultayda Yeni İqtisadi siyasətə (YES) keçid haqqında qərar qəbul edilib

1921-ci il - Sovet lideri Vladimir Lenin 8 martı qadınlar günü elan edib

1930-cu il - Hindistanda Mahatma Qandinin başçılığı ilə vətəndaş itaətsizliyi kampaniyası başlayıb

1944-cü il - Stalin balkarların köçürülməsi barədə göstəriş verib

1950-ci il - Sovet İttifaqı atom silahına malik olduğunu rəsmən elan edib

1955-ci il - Sumqayıt alüminium zavodu işə salınıb

1957-ci il - ABŞ-da 8 mart qadınlar günü elan edilib

1957-ci il - Süveyş kanalı Misirin sərəncamına keçib

1963-cü il - Çin Rus imperiyası ilə 1858-də bağlanmış Ayqun müqaviləsini birtərəfli qaydada ləğv edərək, torpaqlarını geri tələb edir

1972-ci il - Fransada hamiləliyin qarşısını alan vasitələr qanuniləşdirilib

1974-cü il - Avropanın ən böyük hava limanlarından olan Şarl de Qoll aeroportu (Paris) açılıb

1994-cü il - Azərbaycanla Çin arasında “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Sazişâ€ imzalanıb

1996-cı il - Azərbaycanla Gürcüstan arasında “Karbohidrogenlərin Gürcüstanı ərazisindən kənara nəql olunması haqqında Sazişâ€ imzalanıb

1977-ci il - BMT 8 mart Beynəlxalq qadınlar gününü rəsmiləşdirib

2005-ci il - “İçkeriya Çeçen Respublikasının prezidenti” Aslan Məshədov Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülüb

2009-cu il - Azərbaycan prezidenti İlham Əliyev İrana səfər edib, Azərbaycan və İran arasında 7 müqavilə imzalanıb.