www.nice.az > Xəbərlər > İsrail Beynəlxalq Arenada Tək Qalır
İsrail Beynəlxalq Arenada Tək Qalır11 mart 2011. Müəllif: ayorxannur |
![]() İsrail Beynəlxalq Arenada Tək Qalır İsrailin Fələstini təcrid etmə siyasəti artıq beynəlxalq arenada dəstək görmür. İsrailin Hartz(“Haaretzâ€) qəzetinin iddiasına görə mətbuata qapalı iclasda Baş Nazir Netenyahu iki millətli dövlətin, yəni fələstinlilərlə yəhudilərin eyni dövlət daxilində yaşaması fikrinin İsrail üçün fəlakət olduğunu bildirib. İndi İsrail hökumətinin iki yolu var: ya milyonlarla fələstinllilərlə eyni dövlətdə yaşamaq, ya da Fələstin dövlətinin qurulmasına icazə vermək. Qəzetə görə, artıq Təl-Əviv hökuməti addım atmalıdır. Amma atılacaq hər addım beynəlxalq ictimaiyyət tərəfindən izlənməktədir. BMT-nin Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərdə yəhudi yerləşmələrini tənqid edən qərarını 15 ölkədən yalnız ABŞ veto etdi. Lakin ABŞ-ın Şuradakı səfiri Suzan Rays səsvermədən sonra bildirdi ki, ABŞ-ın vetosu o demək deyil ki, onlar İsrailin işğal altındakı yerlərdəki tikinti işlərini dəstəkləyirlər. İsrail getdikcə beynəlxalq aləmdə tək qalmaqdadır. |