www.nice.az > Xəbərlər > Günün tarixi [o7.o3.11]
Günün tarixi [o7.o3.11]7 mart 2011. Müəllif: GHoSTMaN |
![]() 7 mart. İlin sonuna 299 gün qalır. 321-ci il - Roma imperatoru Konstantinin əmri ilə həftənin bazar günü istirahət günü kimi elan edilib 1792-ci il - Fransız həkim Antuan Lui yeni edam maşını (qilyotin) barədə Senatda məlumat verib 1876-cı il - Aleksandr Bell telefona patent alıb 1906-cı il - 24 yaşdan yuxarı bütün Finlandiya vətəndaşları səsvermə hüququ əldə edib 1920-ci il - Suriya Milli Konqresi ölkənin müstəqilliyini elan edib 1920-ci il - Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinin 20 fevral tarixli notasına cavab verib 1926-cı il - Aşıq Ələsgər Göycə mahalının Ağkilsə kəndində vəfat edib. Aşığın məzarı 20-ci əsrin sonlarında erməni vandalizminin hədəfinə çevrilib 1957-ci il - Amerika senatı “Eyzenhauer doktrinasıâ€nı qəbul edib. Bu konsepsiya Yaxın Şərq ölkələrinin müstəqilliyinin müdafiəsini nəzərdə tuturdu 1966-cı il - Fransa prezidenti Şarl de Qoll ölkəsinin NATO-dan çıxdığını açıqlayıb 1974-cü il - Federativ və Demokratik Almaniya arasında diplomatik nümayəndəliklərin açılması haqqında razılıq əldə edilib 1989-cu il - İran İngiltərə ilə diplomatik əlaqələri kəsib 1994-cü il - Azərbaycanla Çin arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb 2003-cü il - ABŞ, Britaniya və İspaniya Səddam Hüseynə ultimatum göndərib. |