www.nice.az > Xəbərlər > Sevgilisindən ayrılan 78 yaşlı kişi 3 nəfəri öldürdü

Sevgilisindən ayrılan 78 yaşlı kişi 3 nəfəri öldürdü


5 mart 2011. Müəllif: hebibi_p
Sevgilisindən ayrılan 78 yaşlı kişi 3 nəfəri öldürdü

Fransanın Tuluza şəhərində 78 yaşlı kişi 3 nəfəri öldürüb, 1 nəfəri yaraladıqdan sonra intihara cəhd edib.

Xarici KİV-ə istinadən xəbər verir ki, Yoahim Toro adlı kişi 30 yaşlı sevgilisi ilə mübahisə edib.
Qadın 78 yaşlı sevgilisindən ayrılmaq istəyib. Amma ahıl kişi sevgilisinin bu təklifindən bərk qəzəblənib
və qadının maşınını atəşə tutub. Nəticədə sevgilisi güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Bununla da hirsi soyumayan qoca yoldan keçən 3 nəfər güllələyib və sonra silahı üzünə tuşlayaraq,
atəş açıb. Nəticədə hər üç şəxs ölüb, üzü parçalanan 78 yaşlı kişi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.



Sevgilisindən ayrılan 78 yaşlı kişi 3 nəfəri öldürdü