www.nice.az > Xəbərlər > Günün tarixi [o5.o3.11]
Günün tarixi [o5.o3.11]5 mart 2011. Müəllif: GHoSTMaN |
![]() 5 mart. İlin sonuna 301 gün qalır. 1705-ci il - Birinci Pyotr əsgər toplamaq haqqında fərman verib. Bu qərarla Rusiyada nizami ordunun əsası qoyulub. 1868-ci il - İngiltərədə stepler patentləşdirilib 1871-ci il - Alman filosof və inqilabçı Roza Lüksemburq anadan olub 1917-ci il - Bakı fəhlə, əsgər və zabit deputatları Soveti təşkil edilib 1928-ci il - Azərbaycan mərkəzi Kolxoz idarəsi (Azkolxozsentr) təşkil edilib 1940-cı il - Sovet mühəndisi Pavel Suxoyun rəhbərliyi ilə aviokonstruktor bürosu (SU) təşkil edilib 1946-cı il - İngiltərənin baş naziri Uinston Çörçil ilk dəfə SSRİ ilə əlaqədar olaraq “dəmir pərdə†ifadəsini işlədib 1953-cü il - Sovet lideri İosif Stalin vəfat edib 1966-cı il - Rus şair Anna Ahmatova vəfat edib 1970-ci il - “Nüvə silahını yaymamaq haqqında sazişâ€ qüvvəyə minib 1970-ci il - Rəssam Reyhan Topçubaşova vəfat edib 1991-ci il - İraq hökuməti Körfəz müharibəsində əsir düşənləri sərbəsti buraxıb 1992-ci il - Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası işə başlayıb. Demblokun 26 deputatı prezident Ayaz Mütəllibovun istefasını tələb edib. Binanın qarşısında isə 2 gün əvvəl başlayan izdihamlı mitinq davam edirdi 1994-cü il - Heydər Əliyev Çinə səfər edib. Bu, tarixdə Azərbaycan dövlət başçısının Çinə ilk rəsmi səfəri idi 1998-ci il - Tofiq Zülfüqarov Azərbaycan Respublikası xarici işlər naziri təyin edilib 1999-cu il - Azərbaycanla ABŞ arasında Diplomatik və Konsulluq Əmlaklarına dair İkitərəfli saziş imzalanıb 2010-cu il - Elmira Süleymanova yenidən ombudsman seçilib. |