www.nice.az > Xəbərlər > Günün tarixi [o2.o3.11]

Günün tarixi [o2.o3.11]


2 mart 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o2.o3.11]

2 mart. İlin sonuna 304 gün qalır.

1824-cü il - Rus pedaqoq Konstantin Uşinski anadan olub

1931-ci il - SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov anadan olub

1955-ci il - Misir və Suriya arasında müdafiə haqqında saziş imzalanıb

1959-cu il - Keçmiş SSRİ-də “könüllü” xalq drujinaları təşkil edilib

1960-cı il - Milli Qəhrəman Məzahir Rüstəmov anadan olub

1969-cu il - Səsdən sürətli sərnişin təyyarəsi “Concorde”un un ilk sınaq uçuşu keçirilib. Kommersiya uçuşu isə 7 il sonra baş tutub

1992-ci il - Qazaxıstan BMT-yə üzv olub

1992-ci il - Dnesteryanı ərazidə (Moldova) silahlı münaqişə başlayıb

1992-ci il - Azərbaycan BMT-yə üzv olub

1993-cü il - Surqut şəhərində MDB-nin hökumətlərarası neft və qaz Şurası təşkil edilib

1994-cü il - Bakı İslam İnstitutu Qafqaz İslam Universitetinə çevrilib

1995-ci il - Azərbaycan Respublikası Burundi ilə diplomatik əlaqələr qurub

1995-ci il - “Yahoo!” şirkəti qurulub

1996-cı il - Azərbaycan gənclərinin I Respublika Forumu keçirilib

1999-cu il - Azərbaycan gənclərinin II Respublika Forumu keçirilib

2000-ci il - Keçmiş diktator Avqusto Pinoçet səhhəti ilə əlaqədar olaraq məhkəmədən yaxa qurtarıb

2005-ci il - Jurnalist Elmar Hüseynov qətlə yetirilib

2008-ci il - Dmitri Medvedev ilk turda Rusiyanın prezidenti seçilib.

2010-cu il - Azərbaycan prezidenti İlham Əliyev AŞ insan hüquqları rəhbəri Tomas Hammamberqi qəbul edib.