www.nice.az > Xəbərlər > Pişiklər evləndirildi
Pişiklər evləndirildi1 mart 2011. Müəllif: krik |
ABŞ-ın Nyu-York ştatında daha bir qeyri-adi evlilik olub. Bu dəfə iki pişik, daha doğrusu eyni cinsli pişiklər evləndirilib. Nigah mərasimi heyvan sığınacaqlarından birində baş tutub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, evləndirilən pişiklər Bruno və Salamon olub. Sığınacaq əməkdaşlarının sözlərinə görə, pişiklər bir necə ildir ki, bir birinin qayğısına qalır. İndi heyvanlar üçün onları bir-birindən ayırmayacaq sahib axtarılır. Qeyd edək ki, bundan öncə də Nyu-Yorkda heyvanlar üçün toy edilmişdi. Sonuncu dəfə ötən ay bu şəhərdə iki it evləndirilmişdi. |