www.nice.az > Xəbərlər > 5-i 1-də [o1.o3.11]
5-i 1-də [o1.o3.11]1 mart 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 1 mart, çərşənbə axşamı, XXVII Ay günü Günəş - Balıqlarda Ay - Dolçada Merkuri - Balıqlarda Venera - Oğlaqda Mars - Balıqlarda Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Günün Aforizmi "Mübarizəsiz həyat olduqca cansıxıcıdır" "Lermontov" Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart ![]() - Özünüzü gün ərzində güclü hiss edəcəksiniz. Mübahisə və münaqişələrdə təmkinli olun. Xeyirsiz hikkələrdə gücünüzü israf etməyin. Maddi vəziyyətinizi yüksəltmək üçün uğurlu şəraitdən hələ ki, uzaqsınız. Buğa - (21 Aprel ![]() - Özünüzü yorğun hiss edəcəksiniz. Ciddi maneələrə məhəl qoymadan çalışmalısınız. Maddi durumunuzu artırmaq üçün ünsiyyətlərinizdən səmərəli istifadə etməlisiniz. Yaxın tanışların yardımından bəhrələnəcəksiniz. Əkizlər - (21 May ![]() - Yavaş-yavaş işləriniz qaydasına düşəcək. Öz gücünüzə inamınız artacaq. Problemlərinizi azaldacaqsınız. Sevgi münasibətlərində hələ ki, ürəkaçan heç nə gözlənilmir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınızdan hələ ki, bəhrələnə bilmirsiniz. Xərçəng - (21 İyun ![]() - Sakit ovqatla ən gərgin vəziyyətdən belə çıxmağı bacaracaqsınız. Səhhətinizin tələblərinə əməl etməlisiniz. Maddi durumunuza mənfi təsir edən əməllərdən uzaq olun. Ən yaxın adamlarla əlbir tədbirlərdə iştirak edəcəksiniz. Şir - (22 İyul ![]() - Ev və məişətlə bağlı məsələləri üçün bu gün uğurludur. Bu gün özünüzü gümrah hiss etməlisiniz. Maddi məsələlərinizi qaydaya salmaq o qədər də asan deyil. Sevgi ünsiyyətlərinizdə yaxşılığa doğru hələ ki, heç nə gözlənmir. Qız - (24 Avqust ![]() - İşlərinizin gedişində maneələrlə qarşılaşacaqsınız. Səhhətinizlə bağlı ciddi olmayan problem yarana bilər. Maddi imkanlarınızı artırmaq üçün imkanlı tanışlarınızın köməyindən istifadə etməlisiniz. Tərəzi - (24 Sentyabr ![]() - Gücünüz çoxdur, onu tətbiq etməyə xeyirli sahə tapın. Özünüzü gümrah hiss edəcəksiniz. Maddi imkanlarınızı artırmaq hələ ki, mümkün deyil. Sevgi münasibətlərində qarışılıqlı anlaşılmazlıq və ittihamlar azalmayıb. Əqrəb - (24 Oktyabr ![]() - Əsas fəaliyyət sahəsində maneələrlə qarşılaşacaqsınız. Bu gün səhhətinizin qayğıya ehtiyacı var. Maddi durumunuzun səviyyəsini qaldırmaq sahəsində işləriniz yaxşı gedir. Ünsiyyətlərinizdən fəaliyyətinizə görə səmərəli istifadə etməyi bacarın. Oxatan - (23 Noyabr ![]() - Rahat keçən bu gündə əsas məsələləri elə asanlıqla həll edəcəksiniz ki, buna, hətta inanmağınız da gəlməyəcək. Maddi durumunuzu artırmaq imkanlarından istifadə etməlisiniz. Oğlaq - (22 Dekabr ![]() - Xeyirli işlər görmək və məhsuldar çalışmanız üçün imkanlarınız tükənməyib. Bu gün səhhətinizin tələblərinə biganə qalmamalısınız. Maddi durumunuzu yüksəltmək şanslarınız çoxdur. Onları gerçəkləşdirin. Dolça - (21 Yanvar ![]() - Romantik əhval-ruhiyyənız yüksək olacaq. Səhhətinizdən ciddi şikayətiniz yoxdur. Əsas fəaliyyətinizdə yaxşılığa doğru irəliləyiş var. Biliyinzi çoxaltmaqla kəşfvari yenilikləri işlərinizdə tətbiq edə biləcəksinız. Ünsiyyətlərinizdə anlaşılmaz gərginlik qalmaqdadır. Balıqlar - (20 Fevral ![]() - Yaxın ünsiyyətlərdən başqa heç nə könlünüzü açmır. Nikbin və özünəgüvənən olmasanız, əziyyət çəkərsiniz. Maddi durumunuzu yüksəltmək üçün çalışmalarınızda uğurlu məqamlar çoxdur. Səhhətinizə qarşı diqqətli olmalısınız. Günün Təamı ![]() Kəklikotulu pomidor şorbası Bu şorbaya mozzarella pendiri və evdə hazırlanmış kruton (kub şəklində doğranmış və sobada qurudulmuş çörək) 4-6 pay üçün Ərzaqlar 2 xörək qaşığı kərə yağı və ya bitki yağı 5 xörək qaşığı un 2 xörək qaşığı tomat 4 ədər orta boy tam yetişmiş pomidor 5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı) 1 xörək qaşığı qurudulmuş kəklikotu 1/2 stəkan süd zövqə görə duz zövqə görə istiot Hazırlanma qaydası Üstü üçün: Sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz) Kruton (resepti aşağıdadır) Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin. Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin. Toyuq suyunu və kəklikotunu əlavə edin. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin. Dayanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün. Duz və istiot vurun. 2 dəqiqə də bişirdikdən sonra, kənara çəkin. Şorbanı isti-isti qablara çəkin. Üstünə mozzarella pendiri və cruton qoyub süfrəyə verin. KRUTON (Crouton) Bir neçə dilim ağ çörəyin qabığını soyun. Kiçik kublara doğrayın. Kubların üstünə azacıq zeytun yağı və ya əridilmiş kərə yağı gəzdirin və bir az duz səpin. Formaya yığın. 170C dərəcəlik sobara qızarana kimi bişirin, təxminən 10 dəqiqə. Nuş olsun! Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. NiCe.aZ əyləncə portalının AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə az yağıntı olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütununa bərabər, nisbi rütubət 80-90 faiz olacaq. Bakıda gecə 0-2, gündüz 4-6 dərəcə isti təşkil edəcək. |