www.nice.az > Xəbərlər > Günün tarixi [28.o2.11]
Günün tarixi [28.o2.11]28 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() 28 fevral. İlin sonuna 306 gün qalır. 1525-ci il - Sonuncu astek imperatoru Kuohtemok ispanlar tərəfindən öldürülüb 1806-cı il - Fransız ordusu Barselonanı işğal edib 1825-ci il - Böyük Britaniya və Rusiya arasında Alyaskanın sərhədlərini müəyyən edən saziş imzalanıb 1838-ci il - Robert Nelson Aşağı Kanadanın (indiki Kvebek əyaləti) müstəqilliyini elan edib 1854-cü il - ABŞ-ın Respublikaçılar partiyası yaradılıb 1922-ci il - Misir Böyük Britaniyadan ayrılaraq öz müstəqilliyini elan edib 1935-ci il - Amerikan kimyaçısı Uolles Karozers neylonu kəşf edib 1940-cı il - İlk dəfə basketbol yarışı ABŞ-da televiziya vasitəsilə canlı yayımlanıb 1947-ci il - Tayvanda xalq qiyamı yatırılıb. Qiyamçılar böyük itki verib 1952-ci il - Osloda VI Qış Olimpiya oyunları sona çatıb 1952-ci il - Milli qəhrəman Elman Hüseynov anadan olub 1956-cı il - ABŞ-da kompüterlər üçün şəbəkə naqilləri patentləşdirilib 1960-cı il - ABŞ-da VII Qış Olimpiya oyunları sona çatıb 1975-ci il - Londonda metro qəzası nəticəsində 43 nəfər həlak olub 1986-cı il - İsveçin baş naziri Olof Palme Stokholmda sui-qəsd nəticəsində öldürülüb 1990-cı il - Rusiya Kinematoqrafçılar Birliyi yaradılıb 1992-ci il - Azərbaycan Respublikası ABŞ və Hindistanla diplomatik əlaqələr qurub 1992-ci il - Fevral ayı ərzində ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində 77 azərbaycanlını qətlə yetirib 1993-cü il - Ermənilər Şimali Qafqazda Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladıb. Terror aktı nəticəsində əksəriyyəti azərbaycanlı olan 11 nəfər həlak olub, 18 nəfər yaralanıb 1995-ci il - Azərbaycan Respublikası və Nepal arasında diplomatik əlaqələr qurulub 1996-cı il - Rusiya Avropa Şurasına üzv olub 1996-cı il - Şahzadə Diana Şahzadə Çarlzla 14 illik evlilikdən sonra boşanmağa razı olduğunu bildirib 1997-ci il - İranın şimal-qərbində baş verən güclü zəlzələ nəticəsində min nəfərdən çox insan həlak olub 2002-ci il - Hindistanın Əhmədabad kəndində müsəlmanlara aid evlərin atəşə tutulması nəticəsində 55 nəfər həlak olub. |