www.nice.az > Xəbərlər > Günün tarixi [27.o2.11]

Günün tarixi [27.o2.11]


27 fevral 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [27.o2.11]

27 fevral. İlin sonuna 307 gün qalır.

425-ci il - İmperatriçə Atenais Ödoksiya Konstantinoplda (indiki İstanbul) ali təhsilin təşkili barədə fərman verib

1617-ci il - Rus-İsveç müharibəsi birincinin qələbəsi ilə başa çatıb

1626-cı il - Kardinal Rişeliö Fransada duelləri qadağan edib

1700-cü il - İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni-Britaniya adasını kəşf edib

1794-cü il - Avstriya və Rusiya imperiyaları Aralıq dənizində yerləşən Venesiyanın bölüşdürülməsi haqqında razılığa gəliblər

1800-cü il - İtalyan fizik Alessandro Volta elektrik batareyasını icad edib

1844-cü il - Dominikan Respublikası müstəqillik əldə edib

1899-cu il - Birmada ilk dəmir yolu Rangun-Mandalay açılıb

1900-cu il - Bavariya Münhen futbol klubu təşkil edilib

1905-ci il - Rus yazıçısı Maksim Qorki Riqaya sürgün edilib

1928-ci il - İsrailin Baş naziri Ariel Şaron anadan olub

1932-ci il - Amerikan aktrisası Elizabet Teylor anadan olub

1933-cü il - Reyxstaq yandırılıb

1936-cı il - Tibb sahəsində Nobel mükafatı laureatı rus fizioloq İvan Pavlov vəfat edib

1939-cu il - Sovet lideri Leninin arvadı Nadejda Krupskaya vəfat edib

1943-cü il - ABŞ-ın Montana ştatında bir mədəndə baş verən partlayışda 74 nəfər həlak olub

1945-ci il - Ziya Bünyadova "Sovet İttifaqı Qəhrəmanı" adı verilib

1948-ci il - Çexslovakiyada kommunist partiyası hakimiyyəti ələ alıb

1952-ci il - BMT-ninn Nyu-Yorkdakı yeni binasında ilk iclası keçirilib

1988-ci il - SSRİ xüsusi xidmət orqanlarının təhriki ilə ermənilər Sumqayıt şəhərində iğtişaş törədib. Bu vəhşilik aktı da Azərbaycan xalqının ayağına yazılıb

1988-ci il - İran və İraq arasında “şəhərlərin müharibəsi” yenidən başlayıb

1991-ci il - Küveyt şəhəri İraq qoşunlarından azad olunub

1992-ci il - ATƏM-in (indiki ATƏT) Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparılıb

1998-ci il - Azərbaycan Respublikası İslandiya ilə diplomatik əlaqələr qurub

2003-cü il - Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.

2010-cu il - Qaradağda hərbi avtomobilin qəzaya uğraması nəticəsində 1 əsgər həlak olub, 9 nəfər yaralanıb