www.nice.az > Xəbərlər > Bu Gün su Çərşənbəsidir

Bu Gün su Çərşənbəsidir


22 fevral 2011. Müəllif: hebibi_p
Bu Gün su Çərşənbəsidir


Bu gün su çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə" , "Sular Novruzu " da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir., su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl - üzünü yuyur, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, su çərşənbəsi günü "təzə su" dan keçənlər, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su çərşənbəsi ilə bağlı çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, rəvayətlər və əfsanələr var. Məsələn inanclarda deyilir:


Su içən adamı qəfil vurmazlar.
Lal axan sudan keçməzlər.
Su olan yerdə dirilik olar.
Su ehsandır.
Su murdarlıq götürməz.
Süfrəyə su dağılması aydınlıqdır.