www.nice.az > Xəbərlər > Elnur Məmmədli Almaniyadan medalla dönür

Elnur Məmmədli Almaniyadan medalla dönür


22 fevral 2011. Müəllif: hebibi_p
Elnur Məmmədli Almaniyadan medalla dönür


Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.
81 kq çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli ardıcıl olaraq isveçrəli Keller Kristofu, fransız idmançı Şmitt Alaini və Mərakeş təmsilçisi Attaf Safouanı п¿½İpponп¿½ xalı ilə məğlub edərək yarımfinala qədər irəliləyib. O, yarımfinalda Rusiya təmsilçisi Xabaçirov Murada uduzaraq Qran Pri yarışının bürünc medalını qazanıb və bununla da öz aktivinə London-2012 Yay Olimpiya Oyunlarında iştiraka haqq verə biləcək daha 80 lisenziya xalı yazdırıb.


Digər cüdoçularımızın çıxışlarına gəldikdə isə Elxan Məmmədov (90 kq) 5-ci yerə çıxaraq London-2012 Yay Olimpiya Oyunlarına 40 lisenziya xalı qazanıb. Elxan Məmmədov (90 kq) ardıcıl olaraq Argentina və Əlcəzair təmsilçilərini məğlub etsə də yarımfinala çıxış görüşündə fransız idmançısına uduzaraq Qran Pri turnirinin 5-cisi olub.


Təssüff ki, digər cüdoçularımız п¿½ Ramin Qurbanov ( -90kq), Elmar Qasımov (-100 kq), Emil Tahirov ( 100 kq) və Ramilə Yusubova (-63kq) daha erkən mərhələlərdə məğlub olaraq uğursuz çıxışla yadda qalıblar. Yarışin ilk günündə isə cüdoçularımızdan Tərlan Kərimov (-60 kq ) və Kifayət Qasımova Qran Pri turnirinin 5-cisi olub. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 68 ölkə arasında 21-ci olub