www.nice.az > Xəbərlər > 5-i 1-də [21.o2.11]
5-i 1-də [21.o2.11]21 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 21 fevral, bazar ertəsi, XX Ay günü Günəş - Balıqlarda Ay - Tərəzidə Merkuri - Dolçada Venera - Oğlaqda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Günün Aforizmi “Əməyin maraqsız olması nə qədər artırsa, əmək haqqı da bir o qədər azalır†“Kommunist partiyasının manifestiâ€ndən Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart ![]() - Əgər əsəbilərinizi boş yerə israf etməsəniz bu günün xoş ovqatından istifadə edə bilərsiniz. Ev dəyişmək,səfərlərdəki ünsiyyətlər fayda gətirəcək. Buğa - (21 Aprel ![]() - Gün sizin üçün o qədər də uğurlu deyil. Başladığınız təzə fəaliyyət sahəsində daha böyük cəsarətlə çalışın, xeyir var. Məişət işləriniz alınacaq. Sevgi münasibətləriniz problemli olaraq qalır. Əkizlər - (21 May ![]() - Səhhətinizdən şikayətiniz olmayacaq. Yeni müqavilələr bağlamaq şansı varsa, gələcəkdə xeyir gətirəcək. Əsəbilərinizi boş yerə israf etməyin. Gücünüzü qoruyun. Xərçəng - (21 İyun ![]() - O qədər də rahat keçməyən bu gün sizə yaxşı heç nə vəd etmir. Əgər diqqətinizi dağıtmadan çalışsanız, müəyyən işləriniz qaydasında gedə bilər. Biliyinizi artırmağa çalışın. Şir - (22 İyul ![]() - Gücünüz çoxdur. Səhhətinizdən cıddi şikayətiniz yoxdur. Əsəbi ovqat sizi tərk etməlisiniz. İşləriniz hələ ki, istədiyiniz kimi alınmır. Sakit qalmağı bacarın, yoxsa uğurlarınıza təsir edər. Qız - (24 Avqust ![]() - Sağlamlığınızın qayğısına qalmalısınız. İşləriniz yaxşı gedə bilər. Bunun üçün çalışqan olmalı və tərtib olmuş plandan kənara çıxmamalısınız. Tərəzi - (24 Sentyabr ![]() - Özünüzü güclü hiss edirsiniz. İşləriniz istədiyiniz kimi yaxşı alınır. Ovqatınızı şux saxlamağa çalışın. Özünüzü elə aparın ki, bədxahlarınız sevinməsin. Əqrəb - (24 Oktyabr ![]() - İşlərinizin qaydasında getməsi üçün uğursuzluqla qarşılaşanda ruhdan düşməməli, gücünüzə inamınızı daha da artırmalısınız. Səhhətinizə qarşı diqqətli olmalısınız. Oxatan - (23 Noyabr ![]() - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. İşləriniz alınmır. Əsəbilik ovqatla işə başlamağınız məsləhət deyil. Gücünüzü daha uğurlu məqamlar üçün saxlayın. Ünsiyyətlərinizdən istifadə edin. Oğlaq - (22 Dekabr ![]() - Sağlamlığınızın qayğısına qalın. Çox cəhd etsəniz, işləriniz alınacaq. Ağılla hərəkət edin. Bədxərclikdən doğan jestlər göstərməyin. Ünsiyyətlərinizdəki uğursuzluğun səbəbkarı özünüzsünüz. Dolça - (21 Yanvar ![]() - Özünüzü güclü hiss edirsiniz. İşləriniz alınır. Fəaliyyətinizin çoxşaxəli olmasına baxmayaraq əldə etdikləriniz çox azdır. Maddi imkanlarınızı artırmağın qayğısına qalmaq ayıb iş deyil. Balıqlar - (20 Fevral ![]() - Özünüzü yorğun hiss edəcəksiniz. Maddi durumunuzu artırmaq yönündəki çalışmalarınızda əməli nəticələr yoxdur. Ünsiyyətlərinizdə dilinizə nəzarəti unutmayın. Bəzən zarafatınızı ciddi qəbul edirlər. Günün Təamı ![]() Balva İnqradientlər Düyü - 40q balva Yumurta - 1əd. Ərinmiş yağ - 30q Lavaşana - 10q Buğda unu - 15q Göyərti (ispanaq, balva) - 100q Göy soğan - 15q İstiot Duz Hazırlanma qaydası Düyü 30 dəqiqə bişirilir, üzərinə xırda doğranmış göyərti, suda çalınmış un, hazır olana yaxın isə yağ, isladılmış lavaşana, duz, istiot və yumurta çalıntısı əlavə edilir. Nuş olsun! Hava Proqnozu Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Temperatur gecə 1-3°, gündüz 3-6° isti olacaq. Bakıda gecə 1-3°, gündüz 3-5° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 90-95 faiz olacaq. Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir. Temperatur gecə 2-7° şaxta, gündüz 3-7° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə 8-13°, gündüz 0-4° şaxta olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, arabir sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 3-6° isti təşkil edəcək. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 1-5° isti olacaq, dağlarda gecə 6-10°, gündüz 0-4° şaxta təşkil edəcək. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağıntılı olacağı, arabir sulu qar yağacağı gözlənilir. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlarda qar yağacağı gözlənilir. Temperatur gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək. |