www.nice.az > Xəbərlər > Günün tarixi [21.o2.11]

Günün tarixi [21.o2.11]


21 fevral 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [21.o2.11]

21 fevral. İlin sonuna 313 gün qalır.

1677-ci il - Filosof Benedikt Spinoza vəfat edib

1848-ci il - “Kommunist partiyasının manifesti” (Karl Marks, Fridrix Engels) nəşr edilib

1895-ci il - Məşhur sovet şərqşünası Yevgeni Belyayev anadan olub

1916-cı il - Birinci Dünya müharibəsinin ən qanlı əməliyyatlarından olan Verden vuruşması başlayıb. Bir ilə yaxın davam edən vuruşmalarda təqribən 300 000 insan həlak olub. Tarixçilər bu hadisəni “Verden cəhənnəmi” adlandırırlar

1920-ci il - SSRİ-də “QOELRO” planı qəbul edilib

1921-ci il - Yoxsul komitələrinin I Ümumazərbaycan qurultayı başlayıb. Qurultay 23 dekabrda başa çatıb

1955-ci il - Tarzən Elxan Mansurov anadan olub

1973-cü il - Laosda müharibə başa çatıb

1984-cü il - Sovet yazıçısı Mixail Şoloxov vəfat edib

1992-ci il - Azərbaycan Respublikası Fransa və Polşa ilə diplomatik münasibətlər qurub

1997-ci il - Akademik Ziya Bünyadov qətlə yetirilib

1998-ci il - Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hüquqi yardım haqqında Saziş imzalanıb

2001-ci il - Bakıda TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin ofisi açılıb
2010-cu il - İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları Ağsu aşırımında qəzaya uğrayıb...