www.nice.az > Xəbərlər > 5-i 1-də [2o.o2.11]
5-i 1-də [2o.o2.11]20 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 2o fevral, bazar, XIX Ay günü Günəş - Balıqlarda Ay - Tərəzidə Merkuri - Dolçada Venera - Oğlaqda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Günün Aforizmi “Cəsurun baxışı qorxağın qılıncından iti olar†Alman məsəli Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart 20 Aprel)- Ovqatınız yüksək olacaq. Gücünüzü boş yerə israf etməyin, maddi durumunuzu yüksəltmək qayğısına qalın. Səfərlər, turizm uğur gətirən sahələrdir. Buğa - (21 Aprel 20 May)- Səhhətinizə qarşı diqqətlı olmalısınız. Bu gün işləriniz nəzərdə tutduğunuz kimi yaxşı alınmayacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız çoxdur. Əkizlər - (21 May 20 İyun)- İşləriniz alınmırsa cəhdlərinizi çoxaldın. Gücünüz çox olsa da, xeyir gətirə biləcək konkret bir iş görə bilmirsiniz. Əlbir işlərdə uğurlarınız var. Səhhətinizdən şikayətlənməyə ixtiyarınız yoxdur. Xərçəng - (21 İyun 21 iyul)- Səhhətinizə qarşı diqqətinizi artırın. Fədakarlıq nümunələri göstərməyin. Maddi durumunuzu yaxşılaşdırmaq şansınız çox azdır. Qənaətlə dolanın. Şir - (22 İyul 23 Avqust)- Özünüzü güclü hiss edirsiniz. İşlərinizin alınması üçün ətraf mühit amilini heç vaxt unutmayın. Hamı sizin qədər mərd deyil. Maddi imkanlarınızı artırmaq şanslarınızdan istifadfə edin. Qız - (24 Avqust 23 Sentyabr)- Bu gün özünüzü yorğun və halsız hiss edəcəksiniz. Hər şeyə rəğmən, biznes fəaliyyətiniz fayda gətirəcək. Sevgi və yoldaşlıq ünsiyyətlərinizdə anlaşılmazlıq baş verə bilər. Tərəzi - (24 Sentyabr 23 Oktyabr)- Səhhətiniz sizin üçün problem yaratmayacaq. İşlərinizin alınması üçün çox cəhd etməlisiniz. Özünüzü gücə salmayın, öhdəsindən gəlmədiyiniz problemə yanaşma bucağını dəyişin. Əqrəb - (24 Oktyabr 22 Noyabr)- Səhhətinizə qarşı diqqətli olmalısınız. Nə maliyyə, nə də ünsiyyətlərinizdə könül açan heç nə yoxdur. Çox istəsəniz, biznes planlarını reallaşdıra bilərsiniz. Oxatan - (23 Noyabr 21 Dekabr)- Sevgi münasibətləriniz arzuolunandır. Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Biznes planlarını həyata keçirmək cəhdlərinizdə uğurlar var. Oğlaq - (22 Dekabr 20 Yanvar)- Gücünzün azalmasını hiss edəcəksiniz. İşləriniz çətinliklərlə alınacaq. Biznes planlarını icra etmək sizin üçün çox diqqətli olmalısınız. Ünsiyyətlərinizdə mehribanlıq göstərin. Dolça - (21 Yanvar 19 Fevral)- Özünüzü güclü hıss edirsiniz. Əsəbilik və qanqaraçılıq sizi özünüzdən çıxarmasın. Ağlınızı işə salın. Yaranmış gərgin vəziyyəti normallaşdırın. Ünsiyyətlərinizdən mütləq istifadə etməyə çalışın. Balıqlar - (20 Fevral 20 Mart)- Özünüzü gücsüz hiss edəcəksiniz. Səhhətinizə qarşı diqqətlı olmalısınız. Maddi imkanlarınızı çoxaltmaq cəhdləriniz uğursuz nəticə verəcək. Qənaətlə dolanmağa vərdiş edin. Günün Təamı ![]() Səbzi qovurma İnqradientlər Qoyun əti – 330q Baş soğan – 50q Ərinmiş yağ – 25q Abqora - 10q və ya lumu turşusu – 0,3q Zəfəran – 0,1q Göyərti – 200q (ispanaq və turşəng – 50q, keşniş və şüyüd – 50q, kəvər – 50q, göy soğan – 50q) İstiot Duz Hazırlanma qaydası Qoyun ətinin bud hissəsi əvvəlcə sümükdən ayrılır və 25-35 qramlıq tikələrə kəsilir. Ətə duz və istiot vurulub qızardılır. Sonra yağda qızardılmış soğan, zəfəran şirəsi, lumu turşusu və ya abqora ilə birlikdə öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış doğranmış göyərti (ispanaq, turşəng, keşniş, şüyüd, kəvər, göy soğan) qatılır. Süfrəyə verdikdə yanına qatıq qoyulur. Nuş olsun! Hava Proqnozu Rayonlara qar və sulu qar yağacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava şəraitinin buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2, gündüz 4-7 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yağıntıların bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək. |