www.nice.az > Xəbərlər > Günün tarixi [18.o2.11]

Günün tarixi [18.o2.11]


18 fevral 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [18.o2.11]

18 fevral. İlin sonuna 316 gün qalır.

1405-ci il - Böyük sərkərdə Əmir Teymur vəfat edib

1451-ci il - Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb

1516-cı il - İngilis kraliçası Mariya Tüdor anadan olub

1546-cı il - Alman teoloq Martin Lüter vəfat edib

1564-cü il - İtalyan memar Mikelancelo vəfat edib

1745-ci il - İtalyan fizik Alessandro Volta anadan olub

1855-ci il - Rus imperatoru II Aleksandr taxta çıxıb

1895-ci il - Qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) anadan olub

1913-cü il - Reymon Puankare Fransa prezidenti seçilib

1921-ci il - Azərbaycan Kommunist Partiyasının III qurultayı başa çatıb

1922-cil il - Tiflisdə Zaqafqaziya Kommunist təşkilatlarının I qurultayı başlayıb

1926-cı il - Rus şair Mayakovski Bakıya gəlib

1926-cı il - Yukatan yarımadasında qədim mayyalılara aid 5 şəhərcik aşkar edilib

1937-ci il - İstanbulda eşşəklərin hərəkəti qadağan edilib

1952-ci il - Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul edilib

1965-ci il - Qambiya müstəqilliyini elan edib

1967-ci il - ABŞ atom bombasının “atası” Robert Oppenheymer vəfat edib

1979-cu il - Böyük Səhraya qar yağması bütün dünyada maraq oyadıb

1990-cı il - Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub

1993-cü il - Türkmənistan prezidenti Safarmurad Niyazov (Türkmənbaşı) küçələrə onun adının verilməməsi barədə göstəriş verib.

2004-cü il - İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb və 320 nəfər həlak olub

2008-ci il - Türkiyə Kosovonun müstəqilliyini tanıyıb.

2009-cu il - “Bakı İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirləri təntənəli mərasimlə açılıb

2010-cu il - Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan vasitasilə ixracı dayandırılıb

2010-cu il - Keçmiş Azərbaycan vətəndaşı Pol Murad Nevada ştatı qubernatorluğuna namizədliyini irəli sürüb

2010-cu il - Ermənilərin atəşkəsi pozması nəticəsində 3 Azərbaycan əsgəri həlak olub...