www.nice.az > Xəbərlər > Günün tarixi [17.o2.11]

Günün tarixi [17.o2.11]


17 fevral 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [17.o2.11]

17 fevral. İlin sonuna 317 gün qalır.

1600-cü il - İtalyan alim Cordano Bruno edam edilib

1673-cü il - Fransız dramaturq Molyer vəfat edib

1798-ci il - Fransız alim Oqüst Kont anadan olub. Kont “sosiologiya” termininin müəllifi hesab edilir

1957-ci il - Türk ordusunun komandası futbol yarışında amerikalı rəqiblərini 19:0 hesabı ilə məğlub edib

1972-ci il - Riçard Nikson Çinə səfər edib. Bu tarixdə ABŞ prezidentinin kommunist rejimli Çinə ilk səfəri idi

1981-ci il - Amerikan fotomodel və aktrisa Paris Hilton anadan olub

1982-ci il - Moskva metrosunda eskalatorun qırılması nəticəsində rəsmi məlumatlara görə 30 nəfər həlak olub

1983-cü il - “ADA” proqramlaşdırma dili meydana çıxıb

1993-cü il - Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb

1994-cü il - Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb

2002-ci il - Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb, ölkədə avroya keçilib. Fransız frankı 641 il tədavüldə olub

2008-ci il - Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib.

2009-cu il - Amerikalı ermənişünas alim Ronald Suninin “Erməni xalqı: qədim dövrdən bu günə kimi” kitabı çapdan çıxıb. Kitabda Dağlıq Qarabağın azərbaycanlıların tarixi vətəni kimi göstərməsi ermənilərin qəzəbinə səbəb olub.