www.nice.az > Xəbərlər > 5-i 1-də [16.o2.11]
5-i 1-də [16.o2.11]16 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 16 fevral, çərşənbə, XV Ay günü Günəş - Dolçada Ay - Şirdə Merkuri - Dolçada Venera - Oğlaqda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Günün Aforizmi “ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçib, məsələ həll olunmayıb. Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Ona görə də biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaq†Heydər Əliyev, 4 noyabr 2001 Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart ![]() - Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız tükənib. İstifadə edə bilmədiyiniz şanslara görə narahatlığa dəyməz. Sevgi münasibətlərinizdən başqa bu gün ürəkaçan heç nə yoxdur. Buğa - (21 Aprel ![]() - İşləriniz alınacaq. Özünüzü rahat və gümrah hiss edəcəksiniz. Xeyirxahlıq etdklərınızdən əziyyətlər görəcəksiniz. Siz dəyişməz olaraq qalsanız, sevgi münasibətlərinizdə yaxın gələcəkdə xeyirinizə irəliləyiş mümkündür. Əkizlər - (21 May ![]() - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Maneə olan tərəflər maliyyə məsələlərində sizin ən asan problemlərinizi çətinə sala bilir. Son anda qələbə yenə də sizindir. Mübahisələrinizdə kəskin sözlərdən çəkinin. Xərçəng - (21 İyun ![]() - Özünüzü zəif hiss edəcəksiniz. Maliyyə problemlərinizin həlli sizin üçün çətinlik yaratmayacaq. İnsanlarla münasibətdə səmimiliyə üstünlük verin. Bununla belə, sevgi münasibətləriniz problemli olaraq qalır. Şir - (22 İyul ![]() - Çətin gündür. Ən asan məsələləri belə, həll etməyə hövsələniz çatmır. Unutmayın ki, gərgin əhval-ruhiyyədə olmaq həm səhhətinizə, həm də hörmətinizə xələl gətirər. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Qız - (24 Avqust ![]() - İşləriniz alınacaq. Səhvlərinizin nəticələrinin müəyyən qismi aradan qaldırmağa nail olacaqsınız. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində hələ ki, işlər qaydasına düşmür. Tərəzi - (24 Sentyabr ![]() - Çətin gündür. Əlinizi hara atırsınızsa, boş çıxır. Əsəbiləşməyin və gücünüzü boş yerə israf etməyin. Maddi sahədə uğurlarınız olmayacaq. Sadiq dostlarınızın sayəsində azacıq uğur qazanırsınız. Əqrəb - (24 Oktyabr ![]() - Səhhətinizi qoruyun. Bu gün sizin üçün maddi məsələləri həll etmək yönümündə rahat keçəcək. Bir sıra məsələlər gözləmədiyiniz halda demək olar ki, öz-özünə həll olunacaq. Oxatan - (23 Noyabr ![]() - Özünüzü güclü hiss edəcəksinız. Çətinliklərlə keçən bu gündə soyuqqanlı ovqatınızı qoruyub saxlamağı bacarın. Bu çox çətindir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq cəhdləriniz uğursuzdur. Oğlaq - (22 Dekabr ![]() - İşləriniz alınacaq. Maddi məsələlərin həllinə bir göz qırpımında nail olacaqsınız. Ünsiyyətlərinizin genişlənməsinə və dərinləşməsinə diqqətinizi artırın. Dolça - (21 Yanvar ![]() - Özünüzü gümrah hiss edəcəksiniz. O qədər də asan keçməyən bu gündə həlli rahat olan bir sıra məsələləri yoluna qoyacaqsınız. Bununla belə, biznes sahəsində uğurlarınız olmayacaq. Balıqlar - (20 Fevral ![]() - Səhhətinizə qarşı diqqətli olmalısınız. Gücünüz çox azdır. Ondan düzgün istifadə etsəniz həm maliyyə, həm də sevgi sahəsində uğurlarınız çoxalar. Günün Təamı ![]() Ordubad üsulu maş şorbası Maş şorbası Ordubad rayonunun ən məşhur yeməkərindəndir. Ordubadda quru maş lobyadan və təzə maşdan (yaşıl lobya) çox istifadə olunur. Yayda bu yeməklər təzə qoyun əti ilə bişirilir, qışda isə qovurma ilə. Qovurma öz yağında bişən qoyun ətidir. Qızardılmış qoyun əti elə oz yağındaca qazan və ya verdələrə yığılır və sərin yerdə saxlanılır. Qovurma həm sulu, həm quru yeməklərə əlavə olunur. Onun dadı qeyri-adidir, çox ləzzətli olur. 4-6 porsiya üçün nəzərdə tutulub Ərzaqlar 1 stəkan (230g) quru maş lobya, gecədən soyuq suya qoyulmuş 2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı 500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də istifadə edə bilərsiniz) 1 ədəd doğranmış orta boy baş soğan 2 xörək qaşığı tomat 8 stəkan su zövqə görə duz zövqə görə istiot 4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof 4 quru gavalı 1 xörək qaşığı quru nanə ![]() Hazırlanma qaydası Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir. Maşı süzün və yuyun. Kənara qoyun. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın. ![]() Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər bişirin. Kartof, quru gavalı, və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıdır. Nuş olsun! Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində hava yağıntılı olacaq, arabir sulu qara keçəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti təşkil edəcək. |