www.nice.az > Xəbərlər > 5-i 1-də [15.o2.11]

5-i 1-də [15.o2.11]


15 fevral 2011. Müəllif: GHoSTMaN
5-i 1-də [15.o2.11]


Günün Qoroskopu


Göylərin mənzərəsi
15 fevral, çərşənbə axşamı, XIV Ay günü
Günəş - Dolçada
Ay - Xərçəngdə
Merkuri - Dolçada
Venera - Oğlaqda
Mars - Dolçada
Yupiter - Qoçda
Saturn - Tərəzidə
Uran - Balıqlarda
Neptun - Dolçada
Pluton - Oğlaqda



Günün Aforizmi

“Ölüm ayağında, ey böyük insan
Sən yenə dedin ki, "Yer yuvarlanır
”

Səməd Vurğun




Ulduz Falı


Münəccim öncəgörümləri
Qoç - (21 Mart 5-i 1-də [15.o2.11] 20 Aprel)
- Əsəblərinizi gərməklə özünüzü gücə salmayın. İşlərinizdəki uğurlarınızı artırmaq üçün gücünüzə ınamla çalışın. Qarşıya qoyduğunuz biznes planlarını uğurla həll edəcəksiniz. Səhhətinizə qarşı diqqətli olun.

Buğa - (21 Aprel 5-i 1-də [15.o2.11] 20 May)
- Səhhətiniz sizin üçün problem yaratmayacaq. Maliyyə planlarını həyata keçirərkən xeyli çətinliklərlə üzləşəcəksiniz. Ünsiyyətlərinizdə səmimilik və fədakarlıq xoş ovqat yaradır. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.

Əkizlər - (21 May 5-i 1-də [15.o2.11] 20 İyun)
- Səhhətiniz sizdən diqqətli olmağı tələb edir. Özünüzü gərgin və yorğun hiss edəcəksiniz. Xoş münasibət bəslədiyiniz adamların köməyinə ehtiyacınız olacaq. Biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda əməli nəticə yoxdur.

Xərçəng - (21 İyun 5-i 1-də [15.o2.11] 21 iyul)
- Hələ ki, biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda nəzərə çarpacaq əməli nəticə yoxdur. Ünsiyyətlərinizdəki mehribanlıq və güzəştlər sizin fədakarlığınızla meydana çıxır.

Şir - (22 İyul 5-i 1-də [15.o2.11] 23 Avqust)
- Maliyyə işlərinizdə irəliləyişlərdən məmnun qalacaqsınız. Səhhətinizlə bağlı həlli vacib məsələlərə diqqət ayırmalısınız. Sevgi münasıbətləriniz qarışılıqlı ittihamlarla doludur.

Qız - (24 Avqust 5-i 1-də [15.o2.11] 23 Sentyabr)
- Ünsiyyətlərinizdən məmnun qalacaqsız. Sizə qarşı rəğbəti olan adamların problemlərinizlə maraqlanması və onların həllı yönündə çalışması güvəncinizi artıracaq. Səhhətinizdən narazılığınız olmayacaq.

Tərəzi - (24 Sentyabr 5-i 1-də [15.o2.11] 23 Oktyabr)
- Həkim məsləhətinə qulaq asmaq vacibdir. Tez yorulursunuz. Gücünüzdən səmərəli istifadə etməklə uğurlarınızı çoxalda bilərsiniz. Biznes planlarını həyata keçirmək sizin üçün çətinlik yaradacaq.

Əqrəb - (24 Oktyabr 5-i 1-də [15.o2.11] 22 Noyabr)
- Maliyyə işləriniz bu günlər demək olar ki, heç alınmır. Yorulmadan çalışmalarınıza baxmayaraq, əldə etdikləriniz çox azdır. Bu gün özünüzü gümrah hiss edəcəksiniz. Səhhətinizdən şiklayətiniz olmayacaq.

Oxatan - (23 Noyabr 5-i 1-də [15.o2.11] 21 Dekabr)
- Maliyyə durumunuzu artırmaq cəhdlərində geriləməsəniz, işləriniz qənaətbəxş alınacaq. Səhhətinizin tələblərinə riayət etməlisiniz. Ünsiyyətlərinizdəki natarazlıqdan əziyyət çəkəcəksiniz.

Oğlaq - (22 Dekabr 5-i 1-də [15.o2.11] 20 Yanvar)
- Səhhətinizlə bağlı ciddi şikayətləriniz olmayacaq. Şəxsi münasibətlərinizdə yaranmış qarışılıqlı güzəştlərdən məmnun qalacaqsınız. Maddi məsələləri yoluna qoymaq cəhdləriniz isə əhəmiyyətli nəticə verməyəcək.

Dolça - (21 Yanvar 5-i 1-də [15.o2.11] 19 Fevral)
- Əsəbi əhval-ruhiyyəniz daxili sıxıntılarınızı artıracaq. Özünüzü zəif hiss edəcəksiniz. İndi maddi imkanlarınızı artırmaq yönündəki çalışmalarınızda böyük uğurlarınız var.

Balıqlar - (20 Fevral 5-i 1-də [15.o2.11] 20 Mart)
- Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Ünsiyyətləriniz mehribanliq və səmimilik müstəvisindədir. Maliyyə yönündə çalışmalarınız o qədər də yaxşı alınmır.



Günün Təamı

5-i 1-də [15.o2.11]

Makaron və kələmli ət yeməyi

İnqradientlər
Mal əti- 150 qr.
Donuz əti – 150 qr
Soğan – 1 ədəd
Makaron – 100 qr
Kələm- 200 qr
Yumurta – 1 ədəd
Kərə yağı – 40 qr
Pendir – 50 qr


Hazırlanma qaydası
Əvvəlcə farş hazırlayın – əti soğanla ət maşnından keçirib, duzunu vurun. Makaronu duzlu suda qaynadın. Kələmi xırda-xırda doğrayın və kərə yağında qovurun. Üzərinə makaronu əlavə edin. Yumurtanı çırpın və qarışdırın. Sobanın nimçəsini yağlayıb farşı əlavə edin və 2 sm qalınlığında yayın. Üzərinə kələmlə makaron qarışığını yayın. Sonda üzərinə sürtkəcdən keçirilmiş pendir səpib 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!



Hava Proqnozu


Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, günün ikinci yarısında havanın tutulacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 2-4, gündüz 4-7 dərəcə isti təşkil edəcək.