www.nice.az > Xəbərlər > Günün tarixi [14.o2.11]
Günün tarixi [14.o2.11]14 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() 14 fevral. İlin sonuna 320 gün qalır. 492-ci il - Roma Papası Gelasius 270-ci ildə edam edilmiş keşiş Valentini müqəddəs elan edib. Həmin andan bu tarix “Müqəddəs Valentin günü†kimi tanınır. Hazırda bu tarix “Sevgililər günü†kimi qeyd edilir 842-ci il - Frank kralı Böyük Karlın 2 oğlu öz aralarında böyük qardaşlarına qarşı “Strasburq məramnaməsi†bağlayırlar. Bu həm də fransız dilində ilk yazılı mənbə hesab edilir 1483-cü il - Moğol hökmdarı Babur anadan olub 1779-cu il - İngilis səyyah Ceyms Kuk Havay adalarında öldürülüb 1946-cı il - Pensilvaniya universitetində ilk ümumi təyinatlı kompüterin (ENIAC - Electronic Numerical Integrator and Computer) təqdimatı keçirilib 1949-cu il - İsrail parlamentinin (Knesset) ilk iclası keçirilib 1956-cı il - Bakıda telestudiya işə düşüb 1961-ci il - 103-cü kimyəvi element – lourensium sintez edilib 1978-ci il - Texasda ilk çip kart patentləşdirilib 1989-cu il - İmam Xomeyni “Şeytan ayələri†kitabının müəllifi Salman Rüşdinin öldürülməsinə dair fətva verib 1992-ci il - Azərbaycan hərbi hava qüvvələri yaradılıb 1992-ci il - Azərbaycan Respublikası Baş Prokurorluğu SSRİ prokurorluğunun 20 yanvar hadisələrinin istintaqı barədə xitam qərarını ləğv edərək, Cinayət Məcəlləsinin 94-cü (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi qaldırıb. İstintaq bu gün də davam etdirilir 1992-ci il - MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında saziş imzalanıb 2002-ci il - Bəhreyndə rəsmi olaraq konstitusiyalı monarxiya bərqərar edilib 2002-ci il - Ukrayna və Azərbaycan arasında vizasız gediş gəliş haqqında saziş imzalanıb 2003-cü il - Klonlama yolu ilə dünyaya gələn Dolli adlı qoyun ölüb 2005-ci il - Livanın baş naziri Rafiq Həriri qətlə yetirilib |