www.nice.az > Xəbərlər > Günün tarixi [13.o2.11]
Günün tarixi [13.o2.11]13 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() 13 fevral. İlin sonuna 321 gün qalır. 1258-ci il - Hülakü xan Bağdadın işğalını başa çatdırıb, Abbasilər xilafəti süqut edib 1745-ci il - Nadir şah Şəkiyə ikinci dəfə hücum edib 1769-cu il - Rus təmsil ustası Krılov anadan olub 1894-cü il - Lümyer qardaşları (Fransa) kinoproyektoru patentləşdirib 1903-cü il - Belçikalı detektiv yazıçı Jorj Simenon anadan olub 1905-ci il - Bakıda müvəqqəti general qubernatorluq yaradılıb 1920-ci il - İsveçrə Millətlər Cəmiyyətinə üzv olub və ölkənin daimi neytrallığı tanınıb 1945-ci il - Sovet ordusu Budapeşti faşist qoşunlarından təmizləyib 1946-cı il - Aktyor Əliabbas Qədirov anadan olub 1960-cı il - Fransa Böyük Səhrada ilk atom sınağını keçirib 1974-cü il - Dissident Aleksandr Soljenitsın sovet vətəndaşlığından məhrum edilərək ölkədən qovulub 1975-ci il - Şimali Kipr Federativ dövləti təşkil edilib 1984-cü il - Konstantin Çernenko Sov İKP-nin baş katibi seçilib 1988-ci il - DQMV-nin mərkəzi Xankəndində erməni əhali Qarabağın Azərbaycandan ayrılması tələbi ilə mitinqlərə başlayıb 1993-cü il - Azərbaycan Respublikası İordaniya ilə diplomatik əlaqələr qurub 2004-cü il - Çeçen lider Zəlimxan Yandarbiyev Qətərdə qətlə yetirilib 2009-cu il - Şair Bəxtiyar Vahabzadə vəfat edib 2010-cu il - Qazaxıstan xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Sudabayevin Cənubi Qafqaza rəsmi səfəri başlayıb |