www.nice.az > Xəbərlər > 5-i 1-də [13.o2.11]
5-i 1-də [13.o2.11]13 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 13 fevral, bazar, XII Ay günü Günəş - Dolçada Ay - Əkizlərdə Merkuri - Dolçada Venera - Oğlaqda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Günün Aforizmi “Elmdə həqiqət həmişə özünə yol açır†Lev Davidoviç Landau Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart 20 Aprel)- Özünüzü güclü hiss edəcəksiniz. Bununla belə, işləriniz çətinliklə gedir. Hər tərəfdən saysız problemlər sizi əhatə edir. Maliyyə vəziyyətinin aşağı olması gücünüzü və istedadınızı göstərməyə mane olur. Buğa - (21 Aprel 20 May)- Səhhətinizi qoruyun. Nəzərdə tutduğunuz maddi məsələlərin həllinə nail olacaqsınız. Gücünüzü boş yerə israf etməyin, ancaq xeyir gətirə biləcək problemlərə girişin. Əkizlər - (21 May 20 İyun)- Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Gücünüzün çox olmasına baxmayaraq, əldə etdiyiniz nəticələr ürəkaçan deyil. Maddi durumunuzu yaxşılaşdırmaq cəhdləriniz səmərəsizdir. Xərçəng - (21 İyun 21 iyul)- Səhhətinizə qarşı diqqətli olsanız, maliyyə məsələlərini həll etmək üçün gərgin şərsitdə əziyyət çəkməzsiniz. Sevgi münasibətləriniz problemli olaraq qalmaqdadır. Şir - (22 İyul 23 Avqust)- İşləriniz alınmır. Fəaliyyətinizin heç bir sahəsində əməli nəticələr əldə edə bilmirsiniz. Mübahisələrdən qaçmağınız məsləhətdir. Səhhətiniz sizin üçün problem yaratmır. Qız - (24 Avqust 23 Sentyabr)- Səhhətinizə qarşı diqqətli olun. Maliyyə məsələlərinizi həll etmək üçün uğurlu vaxtdır. Sevgi münasibətləriniz problemli olaraq qalmaqdadır. Bədbin fikirləri özünüzdən uzaqlaşdırın. Tərəzi - (24 Sentyabr 23 Oktyabr)- Özünüzü güclü hiss edirsiniz. Nəzərdə tutduğunuz planların heç onda birində həyata keçirə bilmirsiniz. Sevgi münasibətlərinizdə qarşılıqlı hisslər hökm sürür. Əqrəb - (24 Oktyabr 22 Noyabr)- İşləriniz alınacaq. Əldə etdiyiniz yüksək nəticələrdən razı qalacaqsınız. Qarşı tərəfin maneələri sizin üçün ciddi problem yaratmayacaq. Səhhətinizə qarşı diqqətli olmalısınız. Oxatan - (23 Noyabr 21 Dekabr)- İşləriniz alınmır. Diqqətinizi dağıtmadan fəaliyyətinizə nəzarəti gücləndirin. Səhvlərə yol verməyin. Maddi imkanlarınızı artırmaq üçün bu çox vacibdir. Özünüzü güclü hiss edəcəksiniz. Oğlaq - (22 Dekabr 20 Yanvar)- İşləriniz alınacaq. Maliyyə problemlərinin həlli çətinlik yaratmayacaq. Səhhətinizə qarşı diqqətli olun. Sevgi münasibətlərinizdə hələ ki, işıq ucu görünmür. Risklərə yol verməyin. Dolça - (21 Yanvar 19 Fevral)- Çalışmalarınızda əməli nəticə yoxdur. Maliyyə israflarınız qazancınızdan daha çoxdur. Gecə-gündüz çalışıb ehtiyaclarınızı ödəməyə məhkumsunuz. Səhhətniz sizin üçün problem yaratmayacaq. Balıqlar - (20 Fevral 20 Mart)- Gücünüzdən səmərəli istifadə edəcəksiniz. Yaxın ətrafınızın köməyi ilə həll olunmamış ciddi probleminiz qalmayacaq. Səhhətinizə qarşı diqqətli olmalısınız. Günün Təamı ![]() Sezar salatı İnqradientlər Kahı Toyuğun döş əti Suxarı Mayonez Duz, istiot Hazırlanma qaydası Kahı doğranır. Toyuğun döş əti qaynadılır, soyudulur, xırda doğranır. Üzərinə azca qızardılmış suxarı əlavə olunur və mayonez vurularaq qarışdırılır. Nuş olsun! Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-3, gündüz 5-7 dərəcə isti təşkil edəcək. |