www.nice.az > Xəbərlər > 5-i 1-də [12.o2.11]
5-i 1-də [12.o2.11]12 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 12 fevral, şənbə, XI Ay günü Günəş - Dolçada Ay - Əkizlərdə Merkuri - Dolçada Venera - Oğlaqda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Günün Aforizmi “Kommunist firqəsi fəhlə və kəndliləri müsavat hökumətinə qarşı feli çıxışlara hazırlamağı lazım bilir†Azərbaycan kommunistlərinin I qurultayının qətnaməsindən Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart ![]() - Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız tükənib. İstifadə edə bilmədiyiniz şanslara görə narahatlığa dəyməz. Sevgi münasibətlərinizdən başqa bu gün ürəkaçan heç nə yoxdur. Buğa - (21 Aprel ![]() - İşləriniz alınacaq. Özünüzü rahat və gümrah hiss edəcəksiniz. Xeyirxahlıq etdiklərınızdən əziyyətlər görəcəksiniz. Siz dəyişməz olaraq qalsanız, sevgi münasibətlərinizdə yaxın gələcəkdə xeyirinizə irəliləyiş mümkündür. Əkizlər - (21 May ![]() - Romantik əhval-ruhiyyənuiz yüksək olacaq. Maneə olan tərəflər maliyyə məsələlərində sizin ən asan problemlərinizi çətinə sala bilir. Son anda qələbə yenə də sizindir. Mübahisələrinizdə kəskin sözlərdən çəkinin. Xərçəng - (21 İyun ![]() - Özünüzü zəif hiss edəcəksiniz. Maliyyə problemlərinizin həlli sizin üçün çətinlik yaratmayacaq. İnsanlarla münasibətdə səmimiliyə üstünlük verin. Bununla belə, sevgi münasibətləriniz problemli olaraq qalır. Şir - (22 İyul ![]() - Çətin gündür. Ən asan məsələləri belə həll etməyə hövsələniz çatmır. Unutmayın ki, gərgin əhval-ruhiyyədə olmaq həm səhhətinizə, həm də hörmətinizə xələl gətirər. Qız - (24 Avqust ![]() - İşləriniz alınacaq. Səhvlərinizin nəticələrinin müəyyən qismi aradan qaldırmağa nail olacaqsınız. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində hələ ki, işlər qaydasına düşmür. Tərəzi - (24 Sentyabr ![]() - Çətin gündür. Əlinizi hara atırsınızsa, boş çıxır. Əsəbiləşməyin və gücünüzü boş yerə israf etməyin. Maddi sahədə uğurlarınız olmayacaq. Sadiq dostlarinızin sayəsində azacıq uğur qazanırsız. Əqrəb - (24 Oktyabr ![]() - Səhhətinizi qoruyun. Bu gün sizin üçün maddi məsələləri həll etmək yönümündə rahat keçəcək. Bir sıra məsələlərin həlli gözləmədiyiniz halda demək olar ki, öz-özünə həll olunacaq. Oxatan - (23 Noyabr ![]() - Özünüzü güclü hiss edəcəksiniz.Çətinliklərlə keçən bu gündə soyuqqanlı ovqatınızı qoruyub saxlamağı bacarın. Bu çox çətindir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq cəhdləriniz uğursuzdur. Oğlaq - (22 Dekabr ![]() - İşləriniz alınacaq. Maddi məsələlərin həlli bir göz qırpımında bacaracaqsınız. Ünsiyyətlərinizin genişlənməsinə və dərinləşməsinə diqqətinizi artırın. Dolça - (21 Yanvar ![]() - Özünüzü gümrah hiss edəcəksiniz. O qədər də asan keçməyən bu gündə həlli rahat olan bir sıra məsələləri yoluna qoyacaqsınız. Bununla belə, biznes sahəsində uğurlarınız olmayacaq. Balıqlar - (20 Fevral ![]() - Səhhətinizə qarşı diqqətli olmalısınız. Gücünüz çox azdır. Ondan düzgün istifadə etsəniz həm maliyyə, həm də sevgi sahəsində uğurlarınız çoxalar. Günün Təamı ![]() Duzlu pirojki (pivə üçün) İnqradientlər 1 kq un Qabartma tozu 200 qr süd Kərə yağı 2 ədəd yumurta 1 xörək qaşığı şəkər tozu 12 çay qaşığı duz İçi üçün: 100 qr salyami (kolbasa) 100 qr pendir 1 ədəd pomidor 12 ədəd zeytun 1 ədəd yumurta Duz Üzəri üçün: 1 ədəd yumurta Hazırlanma qaydası Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün kərə yağını yumşaldıb üzərinə un, süd, şəkər tozu, duz, qabartma tozu və yumurta əlavə edib, qarışdırın. Sonra qabarması üçün 1 saat gözləyin. Hazırlanmış xəmirdən kiçik hissələr ayırıb yumrulayın. Kənarda içlik üçün kolbasa və pendiri xırda-xırda doğrayın. Üzərinə pomidor və zeytun doğrayın. Sonra üstünə yumurta çırpıb qarışdırın. Xəmir parçalarının arasına içlik qoyub pirojki formasına salın. Üzərinə yumurta sürtün. Sobada üstü qızarana qədər bişirin. Hazırlanmış duzlu pirojki adətən pivə ilə birgə süfrəyə verilir. Nuş olsun! Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 11-dən 12-nə keçən gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Gündüz güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti təşkil edəcək. |