www.nice.az > Xəbərlər > «Azərsat» hansı dövlətə etibar olunacaq?

«Azərsat» hansı dövlətə etibar olunacaq?


31 iyul 2009. Müəllif: saki_18
«Azərsat» hansı dövlətə etibar olunacaq?

«Azərsat» hansı dövlətə etibar olunacaq?


Milli rabitə peykinin buraxılmasını nəzərdə tutan “AzərSat” layihəsi çərçivəsində aparılan danışıqlar yekunlaşmaq üzrədir. Belə ki, əsas müqavilənin imzalanması üçün artıq bütün sənədlər hazırdır. Peykin fəzaya hansı şirkət tərəfindən qaldıracağı isə məhz tender yolu ilə seçiləcək. ANS PRESS-in Rabitə və İnformasiya Nazirliyindən eksklüziv olaraq əldə etdiyi məlumata görə, bu tenderdə üç xarici ölkədən olan 5 şirkət iştirak edir. "Azərsat" peykini buraxmaq uğrunda ABŞ-ın "Loral" və "Orbital", Fransanın "Astrium" və "Thales", həmçinin Yaponiyanın "Sumitoma Corporation" şirkətləri mübarizə aparır.

Nazirlikdən verilən məlumata görə, tenderin nəticələri və qalibi iki həftədən sonra bəlli olacaq. "Azərsat"ın fəzaya qaldırılması da məhz bundan sonra iki il ərzində həyata keçiriləcək və bu proses 2011-ci ilin dekabr ayında başa çatacaq.

Xatırladaq ki, Azərbaycan 2011-2012-ci illərdə Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peykini buraxmağı planlaşdırır. Beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox xidmətləri yerinə yetirəcək.