www.nice.az > Xəbərlər > 3-ü 1-də [1o.o2.11]
3-ü 1-də [1o.o2.11]10 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 1o fevral, cümə axşamı, IX Ay günü Günəş - Dolçada Ay - Buğada Merkuri - Dolçada Venera - Oğlaqda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart 20 Aprel)- Əsəblərinizi gərməklə özünüzü gücə salmayın. İşlərinizdəki uğurlarınızı artırmaq üçün gücünüzə ınamla çalışın. Qarşıya qoyduğunuz biznes planlarını uğurla həll edəcəksiniz. Səhhətinizə qarşı diqqətli olun. Buğa - (21 Aprel 20 May)- Səhhətiniz sizin üçün problem yaratmayacaq. Maliyyə planlarını həyata keçirərkən xeyli çətinliklərlə üzləşəcəksiz. Ünsiyyətlərinizdə səmimilik və fədakarlıq xoş ovqat yaradır. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Əkizlər - (21 May 20 İyun)- Səhhətiniz sizdən diqqətli olmağı tələb edir. Özünüzü gərgin və yorğun hiss edəcəksiniz. Xoş münasibət bəslədiyiniz adamların köməyinə ehtiyacınız olacaq. Biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda əməli nəticə yoxdur. Xərçəng - (21 İyun 21 iyul)- Hələ ki, biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda nəzərə çarpacaq əməli nəticə yoxdur. Ünsiyyətlərinizdəki mehribanlıq və güzəştlər sizin fədakarlığınızla meydana çıxır. Şir - (22 İyul 23 Avqust)- Maliyyə işlərinizdə irəliləyişlərdən məmnun qalacaqsınız. Səhhətinizlə bağlı həlli vacib məsələlərə diqqət ayırmalısınız. Sevgi münasıbətləriniz qarışılıqlı ittihamlarla doludur. Qız - (24 Avqust 23 Sentyabr)- Ünsiyyətlərinizdən məmnun qalacaqsınız. Sizə qarşı rəğbəti olan adamların problemlərinizlə maraqlanması və onların həllı yönündə çalışması güvəncinizi artıracaq. Səhhətinizdən narazılığınız olmayacaq. Tərəzi - (24 Sentyabr 23 Oktyabr)- Həkim məsləhətinə qulaq asmaq vacibdir. Tez yorulursunuz. Gücünüzdən səmərəli istifadə etməklə uğurlarınızı çoxalda bilərsiniz. Biznes planlarını həyata keçirmək sizin üçün çətinlik yaradacaq. Əqrəb - (24 Oktyabr 22 Noyabr)- Maliyyə işləriniz bu günlər demək olar ki, heç alınmır. Yorulmadan çalışmalarınıza baxmayaraq, əldə etdikləriniz çox azdır. Bu gün özünüzü gümrah hiss edəcəksiniz. Səhhətinizdən şiklayətiniz olmayacaq. Oxatan - (23 Noyabr 21 Dekabr)- Maliyyə durumunuzu artırmaq cəhdlərində geriləməsəniz, işləriniz qənaətbəxş alınacaq. Səhhətinizin tələblərinə riayət etməlisiniz. Ünsiyyətlərinizdəki natarazlıqdan əziyyət çəkəcəksiz. Oğlaq - (22 Dekabr 20 Yanvar)- Səhhətinizlə bağlı ciddi şikayətləriniz olmayacaq. Şəxsi münasibətlərinizdə yaranmış qarışılıqlı güzəştlərdən məmnun qalacaqsınız. Maddi məsələləri yoluna qoymaq cəhdləriniz isə əhəmiyyətli nəticə verməyəcək. Dolça - (21 Yanvar 19 Fevral)- Əsəbi əhval-ruhiyyəniz daxili sıxıntılarınızı artıracaq. Özünüzü zəif hiss edəcəksiniz. İndi maddi imkanlarınızı artırmaq yönündəki çalışmalarınızda böyük uğurlarınız var. Balıqlar - (20 Fevral 20 Mart)- Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Ünsiyyətləriniz mehribanliq və səmimilik müstəvisindədir. Maliyyə yönündə çalışmalarınız o qədər də yaxşı alınmır. Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-8 dərəcə isti təşkil edəcək. |