www.nice.az > Xəbərlər > 3-ü 1-də [o9.o2.11]
3-ü 1-də [o9.o2.11]9 fevral 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 9 fevral, çərşənbə, VIII Ay günü Günəş - Dolçada Ay - Buğada Merkuri - Dolçada Venera - Oğlaqda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart 20 Aprel)- Gücünüz azdır. Ünsiyyətlərinizi çoxaldın. İşlərinizdə müvəffəq olmasanız da, cəhdlərinizə görə fərqlənəcəksiniz. Maliyyə durumunuzun problemlərini uğurla həll edəcəksiniz. Səhhətinizi qoruyun. Buğa - (21 Aprel 20 May)- Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək sizin üçün problem yarada bilər. Sevgi münasibətlərində yaxşılığa doğru irəliləyiş var. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Əkizlər - (21 May 20 İyun)- Səhhətinizə qarşı diqqətli olmalısınız. Özünüzü zəif hiss edəcəksiniz. Yaxın əhatəniz problemlərinizi həll etməkdə yardımçı olacaq. Maddi durumunuzu yüksəltmək üçün çalışmalarınızda əməli nəticələri artıra bilərsiniz. İnamla çalışın. Xərçəng - (21 İyun 21 iyul)- Əsəbi ovqat həll oluna biləcək maliyyə məsələlərini çətinə sala bilər. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində qarışılıqlı rəğbət üstünlük təşkil edəcək. Şir - (22 İyul 23 Avqust)- Şəxsi münasibətlərinizdəki uğursuzluq sizi ruhdan salmamalıdır. Problemlərinizin həlli yaxın adamlarla ünsiyyətlərin səmimiliyindən çox asılıdır. Hələ də sevgi məsələlərini həll edib qurtara bilmirsiniz. Qız - (24 Avqust 23 Sentyabr)- Diplomatik imkanlarınızdan istifadə etməklə məsələləri yoluna qoymağa cəhd edin. Maliyyə problemlərini həll etməkdən ötrü yaxşı vaxt deyil. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Tərəzi - (24 Sentyabr 23 Oktyabr)- Səhhətinizə qarşı diqqətli olun. Gücünüz çox deyil. Ondan səmərəli istifadə etməklə bir sıra problemlərinizi həll edə bilərsiniz. Maliyyə problemləri sizin üçün çətin həll olunanlardan deyil. Əqrəb - (24 Oktyabr 22 Noyabr)- Biznes işləriniz alınmır. Çəkdiyiniz zəhmətin gözlədiyiniz bəhrəsini görmək şanslarınız azdır. Səhhətinizdən şiklayətiniz olmayacaq. Pis xatıratı yaddan çıxarın. Oxatan - (23 Noyabr 21 Dekabr)- Yaxın adamların yardımı ilə imkanlarınız üçün böyük şanslar yaranacaq. Gücünüzü boş yerə israf etməyin, ən vacib və xeyirli məsələlərin həllinə yönəldin. Səhhətinizə qarşı diqqətli olmalısınız. Oğlaq - (22 Dekabr 20 Yanvar)- Gücünüz çoxdur. İşləriniz yavaş-yavaş alınmaqdadır. Çəkdiyiniz zəhmətlər gözlədiyiniz əməli nəticəni vermir. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınızdan istifadə edə bilmirsiniz. Ünsiyyətlərinizdə qayğıkeş olun. Dolça - (21 Yanvar 19 Fevral)- Əhval-ruhiyyənizdə sıxıntı olacaq. Özünüzü zəif hiss edəcəksiniz. Əsas fəaliyyətinizdə zəkanızın və istedadınızın səmərəsindən istifadə etməlisiniz. Maddi durumunuzu yüksəltmək şanslarınızı gerçəkləşdirin. Balıqlar - (20 Fevral 20 Mart)- Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. İşləriniz istədiyiniz qədər yaxşı alınmaqdadır. Ünsiyyətlərinizdə qarişiliqlı anlaşma yaranıb. Qənaətlə dolansanız, qazancınız işlərinizi sahmana salmaq üçün yetərlidir. Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 9-14 dərəcə isti təşkil edəcək. |