www.nice.az > Xəbərlər > Hadisə: "Atam ləzgidir, belə çıxır ki, məndə ləzgiyəm"

Hadisə: "Atam ləzgidir, belə çıxır ki, məndə ləzgiyəm"


29 iyul 2009. Müəllif: XP
Hadisə: "Atam ləzgidir, belə çıxır ki, məndə ləzgiyəm"

"Eurovision-2009" musiqi müsabiqəsinin türkiyəli təmsilçisi Hadisənin müsahibəsi:

- Sən harda doğuldun?
- Belçikada. Mənim doğulduğum yerdə bizdən başqa iki türk ailəsi də varıydı. Buna görə, anam istəyirdi ki, bizi avropalı kimi tərbiyələndirsin və bacardı da.

- Çox maraqlıdır, sizin haqqınızda Belçikada yazılar çıxanda amma türk qızı kimi təqdim edirlər…
- Bunu mən xoşlayıram. Türk qızı kimi adlandırılma öz içimdən keçir.

- Amma siz, bir çərkəz qızına oxşyırsınız. Çərkəz qızları necə olur?
- Çərkəz qızları şax, yaraşıqlı və səmimi olurlar.

- Deyirlər, çərkəz qızları uşaqlıqdan sərt yerdə yatırlar ki, düz olsunlar…
- Bunu birinci dəfədir eşidirəm…

- Siz tər-təmiz çərkəzsiniz, yoxsa başqa tayfalarla da əlaqəniz var?
- Anam kumık, atam isə ləzgidir. Belə çıxır ki, məndə ləzgiyəm.

- Sizdə ananız kimi ya kumık, yada çərkəz gəlini olacaqsınız?
- Bu köhnə ənənələr artıq unudulub.

- Çərkəz qızları çox məğrur olurlar, bu düzdür?
- Elə biri mən. Onlar həm də çox inadkar olur.

- Atan anandan sənin 11 yaşın olanda ayrılıb. Bunları xatırlayırsınızmı və əlaqə saxlayırsınız?
- Həmin hadisələr mənə çox pis təsir etdi. Düzdü, indi hər ikisi Sivasda yaşayır. Və 1997-ci ildən ordan çıxmışam. Amma yaxınlarda böyük bir sürpriz hazırlayacağam.