www.nice.az > Xəbərlər > Fatih Terimin qızı ailə həyatı qurdu

Fatih Terimin qızı ailə həyatı qurdu


7 fevral 2011. Müəllif: SEV_GI
Fatih Terimin qızı ailə həyatı qurdu

Futbol üzrə Türkiyə yığma komandası və ”Qalatasaray” klubunun sabiq baş məşqçisi Fatih Terimin qızı Merve Terim ailə həyatı qurub.

Merve Terimlə Əhməd Baran Çetinin toy mərasimi “Four Seasons Hotel”ində baş tutub.

Siyəsət, idman, incəsənət və digər sahələrin təmsilçiləri olan şəxslərin qatıldığı mərasimdə ümumilikdə 800 qonaq olub. Cütlüyün bal ayı keçirmək üçün Maldiv adalarına üstünlük verəcəyi bildirilir.

Xatırladaq ki, Fatih Terimin qızı ixtisasca psixoloqdur. Əhməd Baran Çətin isə iş adamıdır.