www.nice.az > Xəbərlər > Ədəbsiz SMS yazanların telefonu bağlanacaq

Ədəbsiz SMS yazanların telefonu bağlanacaq


6 fevral 2011. Müəllif: SEV_GI
Ədəbsiz SMS yazanların telefonu bağlanacaq

Ədəbsiz SMS yazanların telefonu bağlanacaq

Çində əxlaqsızlıqla mübarizədə yeni üsul tapılıb. Belə ki, ədəbsiz SMS yazanların telefonunun mesaj xidməti bağlanacaq. Yerli informasiya saytlarının məlumatına görə, Çinin ən böyük mobil operatorlarından biri ölkənin İctimai Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlığa bağlayıb. Məqsəd mobil şəbəkədə pornoqrafiya, ədəbsiz materialların yayılmasının qarşısını almaqdır.

Belə ki, əgər abonent kiməsə ədəbsiz mesaj göndərsə, o, bir müddətliyinə mobil telefonun bu xidmətindən məhrum olacaq. Mesajı yenidən bərpa etmək isə yalnız nazirliyə rəsmi müraciətdən və şəbəkəni belə ədəbsiz şeylərlə "zibilləməyəcəyinə" dair öhdəlik götürdükdən sonra mümkün olacaq.

Qeyd edək ki, ötən il Çində pornoqrafiya ilə mübarizə çərçivəsində 15 mindən artıq sayt bağlanıb.