www.nice.az > Xəbərlər > Streess beynə necə təsir edir?

Streess beynə necə təsir edir?


6 fevral 2011. Müəllif: SEV_GI
Streess beynə necə təsir edir?

Alimlər, stressin beynə necə təsir etdiyini və necə depressiyaya gətirib çıxardığını təyin ediblər.

Yaponiyada Yamaguchi Universitetində alimlər, xroniki stressə girən bəzi insanların nə üçün depressiyaya daha uyğun olduqlarını təsbit ediblər və xroniki stresslə əlaqəli kompleks bir molekulyar mexanizmi ortaya çıxardıblar.

"Cell Press" adlı tibb jurnalında nəşr olunan xəbərə görə, bir çox insanın stressli hadisələrlə qarşılaşdıqlarında depressiya əlamətləri ya da siqnalları göstərmədiyini söyləyənlər, psixoloji stress yaşayan bəzi fərdlərin isə depressiyaya meylli olduğunu açıqlayıblar.

Gdnf (glial mənşəli sinir faktoru) geninin stressli hadisələrə verilən cavablara uyğunlaşmanın və uyğunluğun təyin olunmasında əhəmiyyətli rol oynadığını ifadə edən alimlər, işlərini bu gen üzərində sıxlaşdırıb.