www.nice.az > Xəbərlər > Tarkan "Eurovision"-a qatılmaq üçün 5 milyon dollar istədi

Tarkan "Eurovision"-a qatılmaq üçün 5 milyon dollar istədi


6 fevral 2011. Müəllif: hebibi_p
Tarkan "Eurovision"-a qatılmaq üçün 5 milyon dollar istədi

TRT “Eurovision-2011” mahnı müsabiqəsində Türkiyəni təmsil etmək üçün “Yüksək Sadakat” qrupundan öncə meqa-star Tarkana müraciət edib.

Tarkan isə bunun müqabilində TRT-dən 5 milyon dollar istəyib.TRT rəhbərliyi son ana qədər yarışma ilə əlaqədar olaraq Tarkanla danışıqlarını davam etdirib. Tam 5 milyon dollar qarşılığında Türkiyəni təmsil etmək istədiyi iddia edilən Tarkanın bu tələbi qarşısında TRT rəhbərliyi 3 milyon dollar ödəyə biləcəyini bildirib. Lakin meqa-star “5 milyon dollardan aşağı olmaz” - deyərək əks təqdirdə müsabiqəyə getməyi heç düşünmədiyini diqqətə çatdırıb.

Bundan sonra TRT rəhbərləri təcili toplantı keçiriblər. Son anda siyahıda yer aldıqlarından belə xəbərsiz olan “Yüksək Sadakat” qrupu “Eurovision-2011” təmsilçisi seçilib. Kanal rəhbərliyi qrupla 300 min dollara razılaşıb.

Fikirləriniz...