www.nice.az » Xəbərlər » Bayraq Meydanında Təhlükə
Bayraq Meydanında Təhlükə
Bu xəbəri dostlarınla paylaş:

Dövlət Bayrağı Meydanında təhlükə... Bayraq qülləsi əyilib və aşma təhlükəsi yaranıb. Bu səbəblə dövlət strukturlarının səlahiyyətliləri yaxın ətrafda yaşayan insanları evakuasiya edib, yataqxana və otellərdə yerləşdiriblər.
Bayraq meydanında ucaldılan bayraq artıq endirilib. Ərazidəki 9 mərtəbəli binadan sakinlər çıxarılıb. Onlara binanın qəzalı vəziyyətdə olmasına görə köçürüldükləri bildirilib. Köçürülmə gecə saat 4-6 radələrində həyata keçirilib. Sakinləri iki fərqli otelə köçürüblər
Əraziyə xeyli sayda polis və FHN işçiləri cəlb olunub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Azərenerjinin prezidenti Etibar Pirverdiyev hadisə yerinə gəlib. Ərazi mühasirəyə alınıb və insanları yaxınlığa qoymurlar.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub və ötən il istifadəyə verilib.
Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. ABŞ-ın "Trident Saport" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: nuni |
Baxış sayı : 712 |
Rəylərin sayı (13) |
3 fevral 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!