

www.nice.az » Xəbərlər » Röyadan sərt xəbərdarlıq
Röyadan sərt xəbərdarlıq
Bu xəbəri dostlarınla paylaş:

Röyadan sərt xəbərdarlıq
Müğənni Röya internet saytlarında haqqında yazıların getməsinə qadağa qoyub. Bununla bağlı bu gün müğənninin mətbuat katibi Ülviyyə Alovlu bəyanat yayıb.
“Müğənni Röya Ayxan bundan belə heç bir internet səhifəsində, xəbər agentliklərinin internet saytlarında özünə aid yazı, şəkil, iqtibas və xəbərlərin getməsini istəmir. Bu münasibətlə, Azərbaycan internet məkanında fəaliyyət göstərən bütün saytlara özü haqda bu və ya digər formada materialların çap olmasına qadağa qoyaraq onlara xəbərdalıq edir".
Qeyd edək ki, bəyanatda bildirilir ki, qadağa materialın tərkibindən asılı olmayaraq (tərif, tənqid, istinad, xəbər, iqtibas, şəkil, mahnı) hər bir növünə aiddir. Bundan sonra müğənni özü və yaradıcılığı haqda heç bir materialı görmək, oxumaq istəmir. O, adının internet və çap informasiya vasitələri tərəfindən çəkilməsinə tamamilə etiraz edərək, buna qadağa qoyur.
"İstisna hal olaraq müğənninin mətbuat xidmətinin bilavasitə imzası ilə gedən xəbərlər hesab olunacaq. Öz növbəsində mətbuat xidməti öz sərt nəzarətini tətbiq edəcək", deyə bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, "xəbərdarlığı nəzərə almayıb, qadağanı pozan hər bir şəxs, KİV nümayəndəsi və resurs məsuliyyətə cəlb olunacaq".
Qeyd edək ki, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onlarln idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasinin kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz
.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: hebibi_p |
Baxış sayı : 420 |
Rəylərin sayı (7) |
13 yanvar 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!