

www.nice.az » Xəbərlər » Bakının ən hündür "Yolka"sı Milli Parkda qurulacaq
Bakının ən hündür "Yolka"sı Milli Parkda qurulacaq

Paytaxtda yeni il ab-havası duyulmaqdadır. Şəhərin müxtəlif yerlərində, o cümlədən Azneft meydanında yeni ilin atributlarından olan “yolka†qurulmağa başlanıb. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, qurum artıq 3 nəfərə paytaxtda şaxta baba kimi xidmət göstərməsi üçün lisenziya verib. "Artıq yeni ilin rəmzlərindən olan şaxta baba və qar qızlara lisenziya verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb. Bu günə qədər cəmi 3 nəfər müraciət edib. Son 7 gün ərzində müraciət edənlərin sayının çoxalacağı gözlənilir", deyə Ə. Bağırov bildirib. Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, paytaxtda şaxta baba və qar qızı kimi xidmət göstərmək istəyən hüquqi və ya fiziki şəxslər Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə müraciət edərək "yolka" qurmaq istədiklərini bildirirlər. "Onlar "yolka" qurub, şaxta baba və qar qızı kimi xidmətlə məşğul olmaq üçün bizdən yer alırlar. Şaxta baba olmaq üçün dövlət rüsumu 60 manat müəyyən olunub. Biz yeri müəyyən edirik. Amma şaxta baba, qar qızın xidmət haqqı və foto çəkdirmək üçün tələb olunan pulun məbləğinə qarışmırıq. Bunun bizə dəxli yoxdur. Biz ancaq yolkaların qurulması üçün yeri müəyyən edirik. Müraciət edən şəxsləri demək olar ki, tanıdığımıza görə, onlarla işləmək daha rahatdır. Əlbəttə, əgər yeni şəxslər də müraciət edərsə, onlara da lisenziya verilməsi üçün baxılacaqâ€, - deyə Əliabbas Bağırov vurğulayıb. Müraciət edənlərin sayından asılı olaraq, hələlik paytaxtda nə qədər "yolka" qurulacağı məlum deyil. Geyimlərə gəlincə, şaxta babaların və qar qızlarının geyimləri sahibkarlar tərəfindən müəyyən ediləcək, yəni Bakı şəhər İcra Hakimiyyəti sahibkarlar tərəfindən qurulacaq yolkaların, həmçinin şaxta baba və qar qızı kimi fəaliyyət göstərəcək şəxslərin görkəminə də cavabdeh deyil. Dənizkənarı Milli Parkda da yeni il hazırlıqları gedir. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə açıqlamasında bildirib ki, parkda ümumilikdə 11 yerdə yolka qurulacaq. Onların içərisində ən böyüyü Kukla Teatrının arxa hissəsində olacaq. Bu "yolka"nın hündürlüyü 21 metrə çatacaq. Digər "yolka"ların hündürlüyü 5 metrdən 10 metrə qədər olacaq. Keçən il olduğu kimi bu il də Milli Parkda açıq tipli buz meydançası fəaliyyət göstərəcək. "Artıq onun qurğusu qurulub. Havanın soyumağını gözləyirik. Havanın temperaturu +10 dərəcədən aşağı düşdükdə buz meydançası fəaliyyətə başlayacaq. Düşünürəm ki, yeni ilə qədər artıq meydança arzu edənləri qəbul edə biləcək", deyə N. Məcidov qeyd edib. Bundan əlavə, Milli Parkın ərazisində bu vaxtadək Bakıda olmayan 2 yeni atraksion da quraşdırılıb. Belə ki, indiyə qədər maşın sürmək üçün avtodrom var idisə, yeni qurulan atraksionda moto....let sürmək mümkün olacaq. Dənizkənarı Bulvar idarəsinin baş mütəxəssisi Elşən Məmmədov isə ANS PRESS-ə açıqlamasında yeni atraksionların Fransa və İtaliyadan gətirildiyini bildirdi. Onlardan istifadə edənlər isə 1-2 manatlarından keçməli olacaqlar
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: HiTMaN |
Baxış sayı : 509 |
Rəylərin sayı (13) |
14 dekabr 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!