

www.nice.az » Xəbərlər » Çində yeni dünya rekordu müəyyən edilib
Çində yeni dünya rekordu müəyyən edilib

Harmoniya" ekspres qatarı 486,1 km/saat sürətlə hərəkət edib. QayNar: Dekabrın 3-də Çində “Harmoniya†ekspres qatarı Pekin-Şanxay dəmir yolu magistralında sınaq zamanı saatda 486,1 kilometr sürətlə hərəkət edərək yeni dünya rekordu müəyyən edib. Bundan əvvəlki saatda 416,6 kilometr sürət də həmin qatarda Şanxay – Hançjou dəmir yolu xəttində sınaqlar zamanı müəyyən olunub. Bugünkü rekord isə Pekin və Şanxayı birləşdirən yeni yüksək sürətli dəmir yolunda əldə edilib. Sinxua agentliyinin məlumatına görə, ölkənin Dəmir Yolları Nazirliyi yeni nəsildən olan 100 lokomotiv üçün artıq sifariş verib. Onlar artırılmış təhlükəsizlik səviyyəsi, səssizliyi, yüksək ekoloji təmizliyi və rahatlığı ilə seçilir. Hazırda Çində Pekin – Tyantszin, Uhan – Quançjou, Çjençjou- Sian dəmiryol magistralları ilə saatda təxminən 350 kilometr sürətlə hərəkət edən qatarlar işləyir. 2015-ci ilədək ölkədə sürətli dəmir yollarının ümumi uzunluğu təxminən 40 min kilometrə bərabər olacaq
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: HiTMaN |
Baxış sayı : 384 |
Rəylərin sayı (7) |
4 dekabr 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!