www.nice.az » Xəbərlər » Məhəmməd peyğəmbəri təhqir edən rəssamın evinə od vuruldu
Məhəmməd peyğəmbəri təhqir edən rəssamın evinə od vuruldu
Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkən isveçli rəssama qarşı hücumlar davam edir. Ötən həftə Uaasala universitetindəki mühazirəsi zamanı döyülən Lars Vilksin bu dəfə evi yandırılıb. Türkiyə mətbuatının məlumatına görə, naməlum şəxslər Vilksin evinin pəncərəsini qıraraq içəriyə benzin töküblər. Daha sonra pərdələrə od vurulub. Ancaq alovların yayılmasının qarşısını almaq mümkün olub. Hadisə zamanı karikaturaçı evdə olmayıb.
Hücumdan sonra Peyğəmbəri təhqir edən karikaturaçının adıçəkilən evdə qalmaq istəmədiyi, başqa evə köçəcəyi və bundan sonra polisin nəzarəti altında yaşayacağı açıqlanıb.
Qeyd edək ki, 2007-ci ildə İsveçin “Nerikes Allehanda†qəzetində Məhəmməd peyğəmbərin (s.ə.s.) karikaturalarının dərcindən sonra Lars Vilks beynəlxalq qalmaqalın mərkəzində olub. Karikatura bəzi müsəlman ölkələrinin (İran, Misir, Pakistan daxil olmaqla ) hökumətləri, İslam Konfransı Təşkilatı və İsveçdəki müsəlman təşkilatları tərəfindən pislənilib. Bu qalmaqaldan sonra rəssam polis mühafizəsi altında yaşayıb. “Əl Qaidəâ€nin onu öldürənə 150 min dollar mükafat vəd etdiyi də bildirilirdi. Bu il martın 9-da İrlandiya polisi Lars Vilksə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 7 müsəlmanı həbs edib.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Ancelas |
Baxış sayı : 574 |
Rəylərin sayı (11) |
17 may 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!