www.nice.az » Xəbərlər » Nokia-nın təmiz mənfəəti təxminən üç dəfə artıb
Nokia-nın təmiz mənfəəti təxminən üç dəfə artıb
Dünyanın ən iri mobil telefon istehsalçısı Finlandiyanın Nokia şirkəti 2010-cu ilin birinci rübü ərzində göstərdiyi fəaliyyətin nəticələrini açıqlayıb.
Belə ki, şirkətin hesabat dövründəki mədaxili 9.5 milyard avroyadək yüksəlib. Lakin ekspertlər istehsalçının bu göstəricisinin bir qədər yüksək, 9,8 milyard avro olacağını proqnozlaşdırırdı. Müqayisə üçün xatırladaq ki, 2009-cu ilin I rübündə Nokia-nın əldə etdiyi mədaxil 9,2 milyard avro təşkil etmişdir.
Nokia-nın təmiz mənfəəti isə 349 milyon avroya yüksəlib. Bu isə 2009-cu ildə əldə olunan rəqəmdən (122 milyon) demək olar ki üç dəfə çoxdur. Lakin bu göstərici də Nokia-nın birinci rübü ərzində 410 milyon avro məbləğində təmiz mənfəət əldə edəcəyini proqnozlaşdıran analitiklərin gözlədiyindən aşağı olub.
Cari ilin I rübü ərzində Nokia orta 62 avro qiyməti ilə 107,8 milyon mobil telefon sata bilib. Həmin qiymət isə ötən ilin sonunda şirkətin məhsullarının orta satış qiymətindən 2 avro aşağıdır.
Smartfon və mobil kompüterlərin rüblük satışı 21,5 milyon ədəd olub. Smartfonların daha yaxşı satışı Latın Amerikası ölkələrində (42% artım) və Çində (30% artım) müşahidə olunub. Avropada isə cari ilin ilk üç ayı ərzində satış həcmi 2009-cu ilin müvafiq dövrünə nisbətən 7% yüksəlib. Nokia telefonlarının satışına dair ən pis vəziyyət isə Şimali Amerikada müşahidə olunub. Burada satış həcmi 27 faizədək azalıb...
ƏMƏYƏ HÖRMƏT OLARAQ ŞƏRH YAZMAĞI UNUTMAYIN...!

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Ancelas |
Baxış sayı : 510 |
Rəylərin sayı (11) |
6 may 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!