

www.nice.az » Xəbərlər » Sarkisyan türkləri "cəllad" adlandırdı
Sarkisyan türkləri "cəllad" adlandırdı

Ermənistan prezidenti ikiüzlülük edir!
(Onsuz da onlardan bundan başqa hərəkət gözləmək sadəlövhlük olardı)
Ankara ilə münasibətlərini nizamlamağa çalışdığını iddia edən İrəvan, Türkiyəyə qarşı ittihamlardan da əl çəkmir. Qondarma soyqırımla bağlı tarixi araşdırmanı rədd edən Ermənistan prezidenti, türkləri "cəllad"adlandırıb. Qaynar.info xəbər verir ki, Vaşinqtonda türk-erməni münasibətləriylə bağlı keçirilən görüşlər gözlənilən nəticəni verməyib. Tərəflər prosesdə konkret mövqeyə gələ bilməyiblər. Protokolların təsdiqlənməsinə də fasilə verilib. Türkiyə mətbuatı belə yazır. Ərdoğan soyqırım iddiasının taixi komissiya tərəfindən araşdırılmasını tələb edərkən Sarkisyan bu tələbi rədd edib. Ermənistan prezidenti bu sözləri ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonunun məzarını ziyarətdən sonra səsləndirib. Vilson 1915 – 20 - ci illərdə ermənilərə himayədarlıq edən siyasətçilərdən olub. Çıxışı zamanı Sarkisyan beynəlxalq ictimaiyyəti qondarma soyqırımı tanımağa çağırıb. Bu prosesin gələcəkdə analoji halların baş verməsinin qarşısını alacağını bildirib. Çıxış zamanı Ermənistan prezidenti Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasından narahat olduğunu dilə gətirib. O, rəsmi Ankaranın bu prosesdə müsbət rol oynaya bilməyəcəyini söyləyib.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: XP |
Baxış sayı : 499 |
Rəylərin sayı (13) |
14 aprel 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!