www.nice.az » Xəbərlər » Azərbaycan yenə lider oldu
Azərbaycan yenə lider oldu
Bu xəbəri dostlarınla paylaş:

Ümumdünya İqtisadiyyat Formunun (ÜİF) hazırladığı reytinq cədvəlinə görə, Azərbaycan internet şəbəkəsi hazırlığına görə, 130 ölkə arasında 64-cü yerdədir. Dünya ölkələri arasında reytinqin birinci pilləsində İsveç durur. Ölkəmiz isə MDB ölkələri arasında liderdir.
Qeyd edək ki, reytinq ÜİF tərəfindən tərtib olunub. Bu qurum 2009-2010-cu illərdə informasiya və texnologiyalar sahəsində təqribən 130 ölkənin rəqabət qabiliyyəti üzrə yerini müəyyənləşdirib. Ötən ilin nəticələrinə görə, Azərbaycan bu reytinqdə 64-cü yeri qazanıb və bununla da MDB ölkələri üzrə liderə çevrilib.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, reytinq bir çox amillərə görə tutulur. Onun sözlərinə görə, bu amillərin toplamı heç də ümumi vəziyyətin yaxşı olması kimi qəbul olunmamalıdır: “Misal üçün, adi istifadəçi baxımından Azərbaycanda internet olduqca bahalıdır. Bu amilə görə, o, MDB məkanında lider tanına bilməzâ€.
Ölkələrin reytinqləri ÜİF-nun rəsmi internet səhifəsində yerləşdirilib. Bu sənəddə ölkələrin şəbəkə iqtisadiyyatı və infrastrukturu təhlil edilir. “Şəbəkə hazırlığı indeksi†üzrə birinci yeri İsveç tutub. İkinci yerə isə Sinqapur çıxıb və bu üçlüyü Danimarka başa vurub. Rusiya 80-ci, Gürcüstan isə 93-cü yerə çıxıb. Ermənistan isə Mavritaniyanı üstələməklə və Qanaya uduzmaqla, bu cədvəlin aşağısında 101-ci yeri tutub. İnformasiya və texnologiyalar sahəsi üzrə dünya reytinqini sonda Boliviya, Zimbabve və Çad başa vurublar.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: krik |
Baxış sayı : 487 |
Rəylərin sayı (10) |
29 mart 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!