www.nice.az » Xəbərlər » Bürclər bu həftə nə deyir?
Bürclər bu həftə nə deyir?
Bu xəbəri dostlarınla paylaş:

QOÇ - Səfərə çıxmaq planlarınızı reallaşdırmaq üçün şanslı vaxt qazanacaqsınız, xüsusən də həftənin başlanğıcında. Əgər maddi imkansızlığa görə tərəddüd edirsinizsə, narahat olmağa dəyməz. Çünki yola düşdüyünüz təqdirdə ulduzlar sizə pul yetirəcək. Bayram ovqatlı bu ərəfədə doğmalarla görüşmək, hal-əhval tutmaq daxili enerjinizi artıracaq. Hər bir davranışınızda mülayim olun.
BUĞA - Qəlbiqara adamlardan uzaq olun. Çünki indiki məqamda sizə saflaşmaq, günahlardan qurtulmaq lazımdır. Belə olduqda isə yalnız müqəddəs amallara xidmət etmək lazım gəlir. İbadət edirsinizsə, ilk növbədə canınıza sağlıq istəyin. Daxilinizdə tərəddüd olarsa, uzaq yola çıxmayın. Yeri gəlmişkən, bu həftə donmuş işlərinizdə bir tərpəniş də gözlənilir.
ƏKİZLƏR - Əməkdaşlıq zəminində müsbət dönüşə hazır olun. Bununla siz ötən iki ayda yarımçıq qalmış işlərinizi sürətləndirə, böyük nailiyyətlər əldə edə bilərsiniz. Bu barədə martın 13-ü xüsusilə əhəmiyyətlidir. Həmin gün həyatınızda əsaslı dəyişikliklər başlaya bilər. Odur ki, aldığınız işgüzar təkliflərə razılıq verin. Risk etməkdən qorxmayın.
XƏRÇƏNG - Hər xırda məsələni də dəfələrlə ölçüb-biçməlisiniz. Əks təqdirdə rastlaşdığınız hadisələr uzunmüddətli başağrınıza səbəb olacaq. Ulduzlar həftənin bütün günlərində ehtiyatlılıq nümayiş etdirməyinizi tövsiyə edir. Ələlxüsus da tam bələd olmadığınız insanlarla hər hansı sövdələşməyə getməməlisiniz. Daşınmaz əmlak alqı-satqısında iştirak etmək yaxşıdır.
ŞİR - Müəyyən məziyyətlərinə görə gərgin həftə hesab etmək olar. Çünki bir tərəfdən səhhətinizin xoşagəlməzliyi, digər tərəfdənsə bəzi cəhdlərinizin boşa çıxması sizi məyus edə bilər. Əgər boşuna vaxt itirmək istəmirsinizsə, səfalı guşələrin birinə çəkilin, yaxud da sakit bir guşədə sevdiyiniz insanların arasında olun. Bu həftə kiçikyaşlılara da diqqət ayırın.
QIZ - Təəssüf ki, ayın 12-dən başqa həftənin bütün günləri sizin üçün gərgin keçə bilər. Deməli, ixtiyarınızda olan bu müddətdə bütün ciddi və riskli işlərinizin həllini təxirə salmalısınız. Kənar təsirlərə, ağlınız kəsməyən məsələlərə o qədər də aludə olmayın. Bu arada müqəddəs yerlərə də baş çəkin.
TƏRƏZİ - Tərəddüdlərinizi bir tərəfə atıb real işlərlə məşğul olun. Adi atmacalara böyük enerji sərf etməkdənsə, qarşınızda duran vəzifələrin həllini sürətləndirin. Özünüzsə yalan vədlər verməyin. Yaşca sizdən böyük olanların məsləhətlərinə qulaq asın. İstirahət günlərində təbiət qoynuna yollanmaq yaxşı olardı. Həftə ərzində maddi problemləriniz tədricən yoluna düşəcək.
ƏQRƏB - Qarşınıza çıxan problemləri təkbaşına həll etməyə çalışın. Onsuz da indiki məqamda kiminsə sizə kömək edəcəyi o qədər də real görünmür. Paslanmış ideyalarınıza yenidən baxmağınız vacibdir. Daşınmaz əmlak alqı-satqısına girişmək səmərəli ola bilər. Ailə-sevgi münasibətlərində yersiz ittiham və şübhələri bir kənara atın.
OXATAN - Səbəbsiz çılğınlıqdan əl çəkin. Əslində ətrafınızda yaranmış problemlərin məsuliyyətini siz daşıyırsınız. Reallığa düzgün qiymət verin. Əgər qərarlarınızda ədalətli olsanız, bütün işləriniz qaydasına düşəcək. İnsanları olduqları kimi başa düşməyə çalışın. Səfərə çıxmaq planlarınızı isə ayın 11-dən sonraya saxlayın.
OĞLAQ - 8 və 12 mart tarixləri istisna olmaqla bu mülayim həftəni normal şəkildə başa vuracaqsınız. Aldığınız hər bir ağlabatan təklifə razılıq verin. Çünki hansısa xoşagəlməzlik olmayacaq. Qohumlarla münasibətləri də yoluna qoyun. Gəlir gözlənilmədiyi üçün əlinizdə olanlara bir qədər qənaət edin. Göstərilən iki təqvimdə isə istənilən risk və mübahisədən kənar durun.
SUTÖKƏN - İndiki məqamda daxili sabitliyinizi qorumaq başlıca vəzifənizə çevrilməlidir. Çılğınlıq bütün planları alt-üst edə bilər. Martın 9-da, 12-də və 14-də taleyinizdə mühüm hadisələr gözlənilir. Elə edin ki, bu kimi şanslarınızı qaçırmayasınız. Diliniz dualı, əliniz göydə olsun. Özünüzü sevgiyə və sevdiyiniz işlərə həsr edin.
BALIQLAR - Hazırkı çətinliklərinizin müvəqqəti xarakter daşımasını dərk edin. Çünki insan həyatında daimi eniş, yaxud daimi yüksəliş olmur. İnşallah, martın 11-dən etibarən sizi əhatəyə alan çirkab yığını təmizlənməyə başlayacaq. O vaxta qədərsə əsas gücünüzü sağlamlığınızın bərpasına səy göstərin. Astroloji göstəricilər bu həftə maddi korluq çəkməyəcəyinizi bildirir.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: saki_18 |
Baxış sayı : 991 |
Rəylərin sayı (12) |
8 mart 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!