www.nice.az » Xəbərlər » Misir piramidalarını tikənlərin qəbirləri tapılıb
Misir piramidalarını tikənlərin qəbirləri tapılıb

"Misirin simvoluna çevrilən məşhur Giza piramidaları kölələr tərəfindən yox muzdlu fəhlələr tərəfindən tikilib". Bu iddia qədim Misir tarixinə dair məlumatları kökündən dəyişdirə bilər. Arxeoloq və tarixçilər bu iddinı müzakirə edir.
Piramidaların ətrafında ortaya çıxarılan və fəhlələrə məxsus məzarlar mövzu ilə bağlı əsaslı məlumatlar verir. Çünki həmin dövrdə yalnız və yalnız azad insanların piramidaların yaxın yerlərdə dəfn edilməsinə icazə verilib.
İddiaya əsas olaraq məzarların birinin divarında "Xeopsun yoldaşları" yazısı, habelə o dövrün fermerlərinin piramidanı tikən işçilər üçün hər gün 21 böyükbaş heyvan, 23 ədəd də qoyun göndərərək vergidən azad edilmələri və bunun da qədim Misir dövlətinin milli bir layihəsi olması göstərilir.
3 min ildən çox hökm sürən fironlar Nil çayı boyunca mədəniyyətlərin əsasını qoyub. 10 min ildən çox müddətdə minlərlə insanın səyi ilə ərsəyə gələn Xeops, əsrlərdir dünyanın insan əməyi nəticəsində ucalan ən yüksən tikilisi adını daşıyır.
Təxminən 3 metr dərinliyi olan qəbirlərdən 12 nəfərin sümüyü aşkar edilib. Məlumata görə, yeni tapılan məzarların 4 min illdən artıq yaşı var. İçərisində su və yemək qabları olan qəbirlərin e.ə 2575-2467-cı illərə aid olduğu bildirilir.
Yeni məzarların tapılması ilə piramidaları inşa edənlərin qul olması barədə deyilənlər bir daha təkzib edilib. Misirli arxeoloq Zahi Havas məzardakıların yoxsul ailələrdən olduğunu, amma hörmətli adamlar olduğunu qeyd edib. Onun sözlərinə görə, bunu deməyə onların mötəbər yerdə və mötəbər şəkildə dəfn edilməsi əsas verir.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: krik |
Baxış sayı : 1895 |
Rəylərin sayı (12) |
12 yanvar 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!